Nazim Babayevdən tarixi qələbə-VİDEO

133

Şotlandiyanın Qlazqo şəhərində keçirilən 23 yaşadək idmançılar arasında atletika üzrə Avropa çempionatı başa çatıb.

Kanal32.info xəbər verir ki, Azərbaycan təmsilçisi,  üç təkanla uzunluğa tullanmada yarışan 21 yaşlı Nazim Babayev bütün rəqiblərini qabaqlayaraq 17.29 metr nəticə göstərib və qızıl medal qazanıb. Bu nəticə ilə milli atlet şəxsi rekordunu da yeniləyib.

Portuqaliyalı Nelson Evora ikinci (17,11), Almaniya təmsilçisi Maks Heb isə üçüncü (17,10) olub.

Beləliklə, Nazim Babayev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Qeyd edək ki, Nazim Babayev 2015-ci ildə İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi olub. İdmançımız, həmçinin Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da çempionudur.

DİGƏR XƏBƏRLƏR