Ağdam məktəbində Nəsiminin yubileyi keçirilib-FOTOLAR

126

Kanal32.info-nun məlumatına görə,Mingəçevir şəhərində yerləşən Ağdam rayon 47 saylı köçkün tam orta məktəbində “Nəsimi ili”çərçivəsində tədbir keçirilib. İmaddədin Nəsiminin 650 illik yubiley mərasimində məktəbin pedoqoji kollektivi, ADU-nun metodisti və təcrübəçi tələbələri, eləcə də məktəbin şagirdləri iştirak ediblər.

Yubiley tədbirinin təşkilatçısı,məktəbin Azərbyacan dili və ədəbiyyat müəllimi Vüsalə Mustafayeva böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verib. Nəsimi poeziyasının fəlsəfi qatlarından söz açıb,onun türk və fars dillərində yazdığı qəzəllərdən örnəklər gətirib.

Sonra söz ADU-nun baş müəllimi, metodist Mirsadiq Cəfərova verilib.Natiq Nəsimin qəzəllərinin poetik gücündən və sufi-panteist və fəlsəfi  fikirlərdən danışıb.Qəzəllərindəki bəzi incə məqamların bu gün də öz aktuallığını saxladığını qeyd edib.

Ardınca məktəblilər şairin məşhur qəzəl və rubailərindən olan nümunələri Azərbaycan muğamları üzərində ifa ediblər.Yubiley tdəbrinin maraqlı hissələrindən biri də Nəsiminin həyatından bəhs edən eyni adlı filmdən fraqmentlərin nümayişi olub.

Daha sonra söz məktəbin direktor müavini Tahir Nağıyevə və məktəbin müəllimi Famil Əsədova verilib.Hər iki çıxışçı öz növbəsində  tədbirin hazırlanmasında əməyi keçən müəllim və şagirdlərə öz dərin minnətdarlıqlarini bildiriblər.Onlar bu qəbildən olan tədbirlərin tez-tez keçirilməsi şagirdlərin ictimai fəalllığını artırılmasında və onların yaradıcı qabiliyyətlərin üzə çıxmasında mühüm rol oynadığını vurğulayıblar.

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev 2018-ci ilin noyabrında İmaddədin Nəsiminin 650 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb və 2019-cu ili “Nəsimi ili” elan edib.

Müəllif:İxtiyar Həsənli

DİGƏR XƏBƏRLƏR