Mingəçevirdəki “Nərgiz”klinkasında nələr baş verir?

1. 324

  “Kanal32”nin redaksiyasına məktubla müraciət edən Mingəçevir şəhər sakini Sülüymanov Vüsal Şirin oğlu şəhərin Maqomayev küçəsində yerləşən “Nərgiz”klinkasındakı həkim məsuliyyətsizliyindən və qanunsuzluqlardan şikayətçidir.Vüsal Süleymanov iddia edir ki,ondan qanın ümumi analizi götürülən zaman bir sıra problemlərlə qarşılaşıb.Xüsusən həkim-laborant Günel Qaflanovanın insan həyatı üçün önəm daşıyan qan analizi  ilə bağlı məsuliyyətsizliyi şikayətçini ciddi naraht edib.Onun sözlərinə görə,adıçəkilən klinkada göstərilən tibbi xidmətlər  qanunverciliklə tənzimlən mövcud səhiyyə normativlərinə uyğun deyil.Əgər göstərilən tibbi xidmətlər prosedur qaydalara uyğun aparılsaydı,pasiyent kimi ilk növbədə məndən şəxsiyyətimi təsdiq edən sənədi tələb edərdilər.Sadəcə olaraq şifahi şəkildə adımı,soyadımı söyləməklə guya müvafiq eyd apardılar və məndən qan analizi götürmək üçün kassaya 10 manat  ödəniş etməyimi bildirdilər.Ancaq bu zaman növbəti qanun pozuntusunun şahidi olum.Belə ki,mənə ödənişlə bağlı müvafiq rekvizitlərin(VÖEN) əks olunduğu qəbz vermədilər.Nə qədər gülməli olsa da,mənə ödəniş qəbzi əvəzinə həkimin adı,soyadı yazılmış,hətta üzərində imza belə olamayn kiçik bir kağız parçası təqdim etdilər.Şikayətçi Vüsal Sülüymanov onu da bildirir ki,əsl “komediya”sonra yaşanıb.O,analzilə bağlı həkim-laborant Günel Qaflanova ilə analizlə bağlı suallarını ünvanlamaq məqsədi ilə görümək istəsə də,onun bu arzusu gözündə qalıb.Pasiyent iddia edir ki,son bir ayda dəfələrlə klinkaya getsə də,hər dəfə eyni cavabı eşidib:”Günel həkim burada yoxdur,başqa vaxt olacaq və sabah olmayacaq və s.”

Bu zaman bir neçə sual yaranır:

1.Analiz kağızlarında adı klinkanın möhürü ilə təsdiqlənmiş və öz əksini tapmış həkim-laborantı necə ola bilər ki,klinkada tapmaq mümkün olmasın?

2.Mingəçevirdə fəaliyyət göstərən “Nərgiz”klinkası niyə göstərilən xidmətin müqabilində edilən ödənişlər üçün qəbz vermir və vergi ödəmələrindən yayınır?

3.Həkim-laborant Günel Qaflanova “Nərgiz”klinkasında analiz vermiş şəxslərin cavablarını müəyyən etmək üçün Bakiya göndərir,yoxsa çalışıdğı klinkada müasir standartlara cavab verən avandanlıq və pereparatlar mövcuddur?

Qeyd edək ki,yazıda əksini tapan fikirlər Mingəçevir sakini Vüsal Süleymanovun redaksiyaya ünavnadığı məktubda öz əskni tapıb.Analiz kağızlarının redaksiyaya göndərilmiş fotosunu təqdim edirik:

“Kanal32”İnformasiya Agentliyi olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Hesab edirik ki,”Nərgiz”klinkasının rəhbərliyi,pasiyentlə görüşərək mövcud problemləri araşdıracaq və müvafiq tədbirlər görəcək.

Kanal32.info

DİGƏR XƏBƏRLƏR