Yunanıstanda Novruz bayramı qeyd olunub-FOTOLAR

93

Afinadakı Azərbaycan Diasporundan Kanal32.info-ya verilən məlumata görə,ölkəmizin Yunanıstandakı səfirliyində Novruz bayramı münasibətilə mərasim təşkil olunub.

Paytaxt Afinada baş tutan bayram tədbirində Yunanıstan XİN-in rəsmiləri, Yunanıstan Parlamentini üzvləri, Afinadakı diplomatik korpusların təmsilçiləri, Yunanıstan ictimaiyyətinin nümayəndələri və Azərbaycan icmasının iştirak ediblər.Mərasimdə qonalar milli mətbəximizin ləziz təamlarının və bayram şirniyyatlarının dadına baxıblar.Sonra Azərbaycan xalq musiqisinin sədaları altında Novruz  tonqalı ətrafında rəqs edən qonaqlar xalqımızın qədim bayram ənənələrini nümayiş etdiriblər.

Səfirliyin müvəqqəti işlər vəkili Eldar Əliyev Novruz bayramının qədim tarixi, fəlsəfəsi,ritualları və ənənələri haqqında məlumat verib.Novruz bayramının 300 milyona yaxın insanın yaşadığı geniş regionda qeyd olunduğunu bildirən diplomat, bu bayramın birlik, bərabərlik, həmrəylik, dostluq, sülh, rifah kimi bəşəri dəyərləri özündə ehtiva etdiyini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan diasporunun üzvü Jalə İsgəndərova Azərbaycan xalqının adət ənələrindən,Novruz bayramının fəlsəfi dərinliklərindən,onun  qlobal humanist dəyərlərə malik olmasından və özünəxas ritualları ilə insanlarda yüksək əxlaqi keyfiyyətlər formalaşdırmasından söz açıb. Jalə İsgəndərova onu da vurğulayıb ki,xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm  hissəsini özündə yaşadan bu bayramın səfirliyimizdə keçirilməsi təqdirəlayiq haldır.Yunanıstan cəmiyyətində mədəni irsimizin,milli musiqimizin, adət ənələrimizin təbliğ edilməsi, mədəniyyətlərarası dialoqun tərkib hissəsi kimi xalqların yaxınlaşmasında və dostluq əlaqələrinin möhkəmlənməsində böyük rol oynayır.

Pakistan Səfirliyinin müvəfəqqəti işlər vəkili Yaşar Abas isə çıxışında deyib: “Azərbaycan və Pakistan arasında həm siyasi, həm iqtisadi və həm mədəni sahələrdə sıx əlaqələr mövcuddur. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədədir və bu intensiv diplomatik əməkdaşlıqda öz əksini tapmışdır.Bizim üçün Azərbaycan dövlətinin inkişafını görmək çox xoşdur.Bir daha Novruz bayramınız mübarək”.

Yunanıstan-Azərbaycan Ticarət Palatasının sədri Kostas Vamvakas: “Bütün Azərbaycan xalqının Novruz bayramını təbrik edirəm. Çox gözəl və maraqlı bir tədbir idi. Burda iştirak edən palatanın üzvləri Azərbaycan mədəniyyəti, adət ənələri ilə və qonaqpərvərliyi ilə yaxından tanış oldular. Palatanın sədri olaraq, Azərbaycan və Yunanıstan arasında biznes əlaqələrinin inkişafı bizim əsas maraq dairəmizdədir.Böyük potensial imkanlar mövcuddur.İki ölkənin iş adamları arasında əlaqələrin  genişləndirilməsi iqtisadiyyatımıza böyük töhfə verəcəkdir”.

Onu da qeyd edək ki,bayram tədbiri çərçivəsində yumurta döyüşdürülməsi və papaqatma mərasimlərinin canlı nümayişi iştirakçıların böyük marağına səbəb olub.

Azərbaycan xalq mahnılarının canlı ifada səsləndirlidiyi bayram şənliyi daha sonra qonaqların iştirakı ilə Novruz  tonqalı ətrafında Yallı rəqsi ilə davam edib.

Kanal32.info

DİGƏR XƏBƏRLƏR