Mingəçevirdə fərdi yaşayış evi yanıb

69

Mingəçevirdə ikiotaqlı fərdi yaşayış evində yanğın olub

Kanal32.info  xəbər verir ki, səhər saatlarında Mingəçevirdə yanğın hadisəsi baş verib.Yanğın Bağlar yaşayış massivinin 8-ci küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb.İki otaqlı yaşayış  evinin söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə briqadası gəlib.Onların müdaxiləsi nəticəsində  yanğın lokallaşdırılaraq söndürülüb.Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı müvafiq qaydada araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR