Türkiyədəki seçkilərinin son NƏTİCƏLƏRİ

30

Türkiyədə keçirilən bələdiyyə seçkilərində 99,01% bülleten hesablandıqdan sonra ilkin nəticələr məlum olub.

“Kanal32” TRT-yə istinadən xəbər verir ki, AKP (Ədalət və İnkişaf Partiyası) 44,42% səslə öndədir. İkinci pillədə qərarlaşan CHP-də 30,07%, İyi Parti 7,46%, MHP 7,25%, HDP 4,22%, Saadet 2,68%, DSP 0,99% və müstəqil namizədlər 0,93% səs toplayıblar.

Seçici siyahısında 57 milyon, 93 min 410 nəfərin adı olsa da, seçici aktivliyi 84,54%-ə çatıb (47 milyon 784 min 882 nəfər).

İstanbul bələdiyyəsinə seçkilərdə mübarizənin kəskinliyi ilə seçildiyi və Binəli Yıldırımın cüzui səs faizi ilə öndə olduğu xəbər verilir.

stanbul Böyükşəhər Bələdiyyə sədrliyinə hakim Ədalət və İnkişaf Partiyasından namizəd Binali Yıldırım 48.70 faiz səslə öndədir.
Cümhuriyyət Xalq Partiyasından olan digər namizəd Ekrem İmamoğlu 48.65 faiz səslə ikinci yerdə qərarlaşıb.
DİGƏR XƏBƏRLƏR