Paşinyan Vyana görüşü ilə bağlı açıqlama verdi

84

Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində canlı yayıma çıxaraq Vyana görüşü ilə bağlı fikirləri ilə bölüşüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, görüşdən sonra rəsmi Bakının açıqlamalarını ziddiyyətli hesab edib.

“Azərbaycan tərəfi danışıqların formatının dəyişməz qaldığını və onların danışıqlardan qalib ayrıldığını elan edib. Birincisi bu korrekt açıqlama deyil, çünki qalib ya məğlub axtarmayacağımız barədə razılaşmışıq. İkincisi, biz formatın dəyişməsi barədə məsələ qaldırmamışıq. Dağlıq Qarabağ ATƏT-in Minask qrupu yaranandan bəri danışıqlarda tərəf olub. Vyanada biz Qarabağın danışıqlarda iştirakını müzakirə etdik və razılıq əldə etmədik. Amma bu o demək deyil ki, bu məsələni daha müzakirə etməyəcəyik”.

Nikol Paşinyan Dağlıq Qarabağın 1998-ci ilə qədər danışıqlar prosesində iştirak etdiyini, sonradan əslən qarabağlı olan Robert Koçaryan və Serj Sarkisyanın Ermənistan prezidenti olduqlarını sözlərinə əlavə edib.

 

DİGƏR XƏBƏRLƏR