Baş Prokurorluğun binası əlindən alındı-SƏRƏNCAM

174

Baş Prokurorluğun balansında olan inzibati bina əvəzsiz olaraq Vəkillər Kollegiyasının istifadəsinə verilib.

Kanal32.info-nun məlumatına görə, baş nazir Novruz Məmmədov bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Baş Prokurorluğun balansında olan, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi, 49 ünvanında 954,2 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 718,3 kv.m olan (mərtəbəlilik 3 və 1) inzibati bina Vəkillər Kollegiyasının  əvəzsiz istifadəsinə verilib.

Baş Prokurorluq, Vəkillər Kollegiyası, Əmlak Məsələləri Dövlət Komitəsi və Gəncə şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən – aprelin 9-dan qüvvəyə minir.

DİGƏR XƏBƏRLƏR