Bölgələrdə vəkillik qurumları yaradılır

21

“Bölgələrdə vəkillik qurumlarının yaradılması ilə bağlı işlərə başlanıb”.

KANAL32.info xəbər verir ki, bu barədə “Trend”ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

A.Bağırovun sözlərinə görə, hazırda regonal məhkəmələrin fəaliyyət göstərdiyi ərazilərdə vəkil büroları yaradılır:

“Gəncə, Şirvan, Sumqayıt, Şəki və Lənkəran şəhərlərində proses davam edir. Artıq Sumqayıt, Şəki və Şirvan şəhərlərində bu işlər tamamlanmaq üzrədir, bunun üçün bina da ayrılıb. Gəncə və Lənkəranda isə iş gedir. Biz istəyirik ki, regionlarda da vəkillik institutu inkişaf etsin. Artıq regionlarda vəkillərin sayı artırılır. Bu gün regionlarda vəkillərin sayı azdır. Əgər Bakıda 3 min nəfərə 1 vəkil düşürsə, regionlarda 10-15 min nəfərə bir vəkil düşür. Bu istiqamətdə işlər görürük. Biz istəyirik ki regionlarda vəkillərin sayı artsın. Bu məsələdə dövlət də bizə tam dəstək verir”.

DİGƏR XƏBƏRLƏR