Cavid Qurbanov Koreyada vacib görüşlər keçirib

74

Kanal32.info ady.az saytına istinadən xəbər verir ki,Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilən DYƏT Baş Direktorlar Konfransının XXXIV iclası çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bir sıra ikitərəfli görüşlər keçirib.

“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayevlə keçirilən görüşdə Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub.

Daha bir görüş “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Cin Dəmir Yolları baş direktorunun müavini Lyu Çjenfan arasında kecirilib. 

Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, o cümlədən beynəlxalq nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər-bir yol” strategiyasının istiqamətlərindən olan və tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər.

Cin Dəmir Yolları baş direktorunun müavini Lyu Çjenfan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verdiyinə görə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla minnnətdarlıq edib.

DİGƏR XƏBƏRLƏR