Türk dünyası üçün daha bir ağır itki

28

Türk dünyasının parlaq simalarından biri olan  professor Necmeddin Sefercioğlu dünyasını dəyişib.

Necmeddin Sefercioğlu   kimdir?  29 iyun 1931-ci ildə  Nevşəhərdə anadan olmuşdur.   Ankara Üniversitetinin  Dil ve Tarix   Coğrafya Fakültəsini Kitabxanaçılıq bölməsini (1960) bitirmişdir. Doktorluq disertasiyasını  Türk kitabxanaçılığı mövzusunda (1968) müdafiə etmişdir.

İlk fəaliyyətinə təhsil  aldığı kitabxanaçılıq fakultəsində yardımçı olaraq başlamışdır. 1965-ci ildə ABŞ-da təhsilini davam elətdirmişdir.  1982-ci ildə   yardımcı -dosent, 1986-cı ildə   dosent, 1990-cı ildə isə professor elmi dərəcəsi almışdır.

Vakıflar Genel Müdürlüyündə məmur (1952-56), Türk Ocağında müdür müavini (1956-58), Hür Basım ve Yayınevində  rəhbəri (1958-59), Millî Kitabxanada kataloqçu (1959-62) vəifələrində çalışmışdır.

Gazi Üniversitesi Basın yayın Yüksek Okulu Gazetecilik ve Halkla İlişkiler Bölümü rəhbəri (1998) kimi təqaüdə çıxmışdır.

İlk yazısı Qələm (Adana, Aralık 1948) dərgisində nəşr edilmişdir.  Bundan başqa  müxtəlif nəşriyyatlarda  bir çox yazıları çap edilmişdir.

1960-cı ildə  Ankara Üniversiteti   (DTCF) tərəfindən “Emily Dean Ödülü” mükafatına layiq görülmüşdür.

Türkiye Yazarlar Birliği, Türk Kütüphaneciler Derneği, Türkocağı,  İLESAM, Ankara Aydınlar Ocağının üzvü olmuşdur.

Böyük alim 04 aprel 2019-cu il tarxində Ankarada dünyasını dəyişib.

Məkanı cənnət olsun!

Səməd Vəkilov,Hüquqşünas

 

 

DİGƏR XƏBƏRLƏR