Azərbaycanlı boksçu ermənini əzdi-VİDEO

89

Azərbaycan əsilli boksçu Elnur Səmədov Moskva şəhərində keçirilən “WBA Continental” titulu uğrunda döyüşdə əslən erməni idmançı Ayka Şaxnazaryanı məğlub edib.

Kanal32.info Rusiya mediasına istinadən xəbər verir ki, 9 raund davam edən döyüş Azərbaycan idmançısının aşkar üstünlüyü şəraitində keçib.

9-cu raundda ermənistanlı boksçunun görüşü davam etdirə bilməyəcəyini bildirməsindən sonra, hakimlərin yekdil qərarı ilə Elnur Səmədov “WBA Continental” tituluna layiq görülüb.

Görüşdən sonra çoxsaylı bədən xəsarətləri alan Ayka Şahnazaryana tibbi yardım göstərilib.

Qeyd edək ki,yarış Floyd Meyveyzer Boks Akademiyasının təşkilatçılığı ilə baş tutub.

DİGƏR XƏBƏRLƏR