Kəlbəcərli şair Rusiyada mükafatlandırıldı-FOTOLAR

52

Kanal32.info xəbər verir ki,tanınmış azərbaycanlı şair Rusiya Yazıçılar İttifaqı Moskva təşkilatının mükafatına layiq görülüb.

Anadan olmasının 65 illiyi münasibətilə tanınmış şair Nəsib Nəbioğlu Rusiya Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının yaradıcılıq sahəsində “Bədii sözün ucalığına, bədii sözün qüdrətinə xidmətə görə” diploma və medala layiq görülüb.

Tədbirdə qeyd olunub ki, Nəsib Nəbioğlu öz yaradıcılığı ilə müasir Rusiya və Azərbaycan ədəbiyyatının zənginləşməsinə və dostluq tellərinin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Həmyerlimiz bu mükafata çoxşaxəli ədəbi fəaliyyətinə, rus və Azərbaycan ədəbiyyatına göstərdiyi xidmətə, eləcə də ədəbi-mədəni əlaqələrin gücləndirilməsi sahəsindəki işlərinə görə layiq görülüb.

Qeyd olunub ki, onun yaradıcılığı Rusiya və Azərbaycan xalqları arasında ədəbi əlaqələrin genişlənməsinə, gələcək münasibətlərin daha da inkişaf etməsinə təkan verir.

Mükafatı Rusiya Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatının sədri Vladimir Boyarinov təqdim edib.

Qeyd edək ki,əslən Kəlbəcər rayonundan olan Nəsib Nəbioğlu Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının üzvü Azərbaycan AYB Moskva bölməsinin katibidir.

DİGƏR XƏBƏRLƏR