“İndiyə qədər susdum, artıq bəsdir”

111

Vətəndaşım bu seçkinin yenidən keçirilməsini istəyir.

Kanal32.info “TRTHaber”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul seçkilərinin nəticəsinin ləğv edilməsi barədə danışarkən deyib. O, seçkidə saxtakarlıqlara yol verilməyəcəyini bildirib:

“Millətin iradəsinə sahib çıxmaq üçün seçkinin nəticələrini yaxından izləyirik. İstanbulda hiylə və qayda pozuntuları var. Mən xalqımın səsinin nəticəsini izləmək məcburiyyətindəyəm. Səslər sayıldığı zaman fərq 28 mindən 13 minə qədər düşürsə, qayda pozuntusu açıq-aşkar olduğu halda bunun ardınca getməyimmi? Vətəndaşım mənə deyir ki, bu seçki yenilənməlidir.

İndiyə qədər susdum, artıq bəsdir. Bu qanunsuzluğun aradan qaldırılması həm YSK-nı təmizə çıxaracaq, həm də millətimin könlü rahat olacaq. Milli iradə necə bir qərar verəcəksə, “başımız-gözümüz üstünə” deyərək qəbul edəcəyik. Bu qədər bəsitdir”.

Türkiyə prezidenti Cümhur İttifaqının dağılması ilə bağlı yayılan iddiaları da təkzib edib:

“Cümhur İttifaqı yeni dövrün lokomotivi olmağa davam edəcək. Fərziyyə irəli sürmək istəyənlərə səslənirəm: boşuna cəhd etməyin!”

DİGƏR XƏBƏRLƏR