Bələdiyyə sədri öldürüldü

128

Meksikanın Çiuaua ştatının Aldama bələdiyyəsinin rəhbəri Çyapas İqnasio Peres Xiron cinayətin qurbanına çevrilib.

ONA-nın “MVS Noticias” radiostansiyasına istinadən verdiyi xəbərə görə, mayın 6-da onun meyiti tapılıb.

Hadisə barədə regional dairələrdən hər hansı rəsmi açıqlama verilməsə də, yerli KİV-də İqnasio Peres Xironun bir neçə gün əvvəl cinayətkar qrup tərəfindən qaçırılması barədə məlumatlar yayılmışdı. Qətlin təfərrüatları da qaranlıq olaraq qalır.

 

DİGƏR XƏBƏRLƏR