Köçkün məktəbində beynəlxalq konfrans keçirilib-FOTOLAR

147

Kanal32.info xəbər verir ki,Azərbaycan  Dillər  Universitetinin,Təhsil  Nazirliyi və  Yeni  Azərbaycan  Partiyasının  dəstəyi   ilə keçirdiyi  Ümummilli lider  Heydər  Əliyevin  anadan   olmasının  96-cı  ildönümünə   həsr   olunmuş    “Heydər  Əliyev: multikulturalizm   və  tolerantlıq ideologiyası”  adlı II  Beynəlxalq elmi   konfransın  bölmə  iclası  Ağdam  rayon 47  saylı köçkün  tam  orta  məktəbdə keçirilib.

Konfransda  Azərbaycan  Dillər  Universitetinin  regionşünaslıq  kafedrasının  müdiri  , dosent  Sevdagül  Əliyeva  , ADU-nun  fəlsəfə   və ictimai  elmlər kafedrasının  müdiri , dosent  Ədilə Abdiyeva  , Yeni  Azərbaycan  Partiyasının Mingəçevir  şəhər   təşkilatının   sədri Cavanşir  Yusubov , 47 saylı köçkün  tam  orta  məktəbin  müəllim və şagirdləri  iştirak  etdiblər.

İclası  giriş  sözü ilə  ADU-nun  kafedra  müdiri   , dosent  Sevdagül  Əliyeva açıb. Azərbaycan  Respublikasının Dövlət  Himni  səsləndirilib.Ümummilli  lider  Heydər  Əliyevin  həyat  və  fəaliyyətinə  həsr olunmuş   sənədli  film  konfrans  iştirakçılarına nümayiş olub.

Sonra ADU-nun  kafedra  müdiri , dosent  Sevdagül  Əliyeva  “Cultural identity of  Azerbaijanis  and   interkultural   dialogue”  mövzusunda  məruzə ilə  çıxış  edib.Qeyd olunub ki,multikulturalizm  Azərbaycan   kimliyinin   göstəricisidir  və  bizim  dünya  səviyyəsində  mədəni   inkişafımızın  tanınmasında  mühüm rol oynayır.

ADU-nun  fəlsəfə  və ictimai  elmlər  kafedrasının  müdiri  , dosent  Ədilə  Abdiyeva  isə  “Mədəniyyətlər  arası  dialoq  çoxmədəniyyətliliyin   tərbiyə   vasitəsi  kimi “ mövzusunda   məruzə  edib.Məruzədə   mədəniyyətlər arası  dialoqun  əhəmiyyəti  , onun  xalqlar arasında, mədəniyyətlər  arasındakı  inkişafa təsiri  geniş  qeyd edilib.

Ardınca Ağdam  47  saylı    tam  orta  məktəbin  direktoru  Zülfiyyə   Əliyeva   “ Multikulturalizm  ən böyük  tarixi  nailiyyətimizdir”   mövzusundakı məruzəsi dinlənilib.Vurğulanıb  ki,  Azərbaycanı  vətəndaş   müharibəsi təhlükəsi  gözlədiyi   vaxtda  Heydər  Əliyev  hakimiyyətə  gəldi  və  multikulturalizmi  dövlət  siyasətinə  çevirdi.Bu   gün  də  prezident  İlham  Əliyev  bu   siyasəti  uğurla  davam  etdirir.Və bu siyasətin  alternativi  yoxdur.

Məktəbin  müəllimi    Tahir  Nağıyev   “Multikulturalizm  və  tolerantlıq  “  adlı  məruzəsində  Azərbaycanda  müxtəlif  dinlərin   fəaliyyətindən , onlara   dövlət   səviyyəsində göstərilən qayğıdan,  Heydər  Əliyev  Fondunun  bu sahədə  gördüyü  işlər  barədə  geniş  söhbət  açılıb.

Məktəbin  müəllimi  Fatma  Əliyeva isə  “ Multikulturalizm  tarixi  zərurətdir”  mövzusunda  məruzə ilə çıxış edərək, multikulturalizmi   tarixi  zərurətdən doğan  ümumbəşəri dəyərlər sistemi kimi xarakterizə edib.

Məktəbin  müəllimi  Famil  Əsədov  da çıxış   edərək  ,  bu tədbirin məktəb  kollektivində  xoş  təəssürat  yaratdığını  , gələcəkdə  belə  tədbirlərin  daha çox  keçirilməsinin  əhəmiyyətini qeyd edib.O, vurğulayıb ki,  tarixən  multikulturalizm  xalqımızın  yaşayış  tərzi olub, Şərq  və  Qərbin  qapısı  sayılan  Azərbaycan   xalqlar  dostluğunun   bariz  nümunəsi kimi  bütün dünyada tanınıb.

 

 

 

DİGƏR XƏBƏRLƏR