Fətullayev muxalifəti “bərbad gün”ə qoydu

80

Əli Kərimli məni-sadə jurnalisti Şuşanın təslim edilməsində ittiham edib. Daha dəqiq desək, ictimai rəyi Şuşanın təslim edilməsinə hazırlamaqda! Bu bir zarafat deyil, reallıqdır. Acı və dəhşətli bir reallıq. Beləliklə, gəlin baxaq – belə ağır ittiham üçün səbəb və əsas nə olub?

Bir neçə gün əvvəl sosial şəbəkələrdəki ümumxalq iniltilərindən bezərək–yeri gəlmişkən, bu, pis qəbul edilən erməni ənənəsidir, çünki Qarabağ münaqişəsinə qədər biz göz yaşlarını zəiflik əlaməti kimi qəbul etmiş gülərüz və optimist millət idik,- sual qoymuşdum: Şuşasız 30 il…Daha nə qədər gözləməli? Və bütün islam dünyası üçün Yerusəlimin itirilməsi kimi başqa ağrılı məsələ ilə paralel aparmışdım.

Və budur, Əli Kərimli nədənsə qısa şərhimdə əsas aksenti qeyd etməyib və məni ictimai rəyi Azərbaycan qalasının təslim edilməsinə hazırlıqda ittiham edib. Düzünü desəm, mən Əli Kərimlini heç vaxt oliqofren (əqli geriliyi olan birisi) hesab etməmişdim. Bununla belə, Kərimlinin bəyanatı davamlıdır və zehnin, ən başlıcası isə o qədər də diqqət yetirilməyən intellektual fəaliyyətin yaxşı inkişaf etməməsi göz önündədir.

Amma Kərimliyə arqumentli, faktlarla cavab verəcəyəm, hərçənd dəqiq və aydın fikirləri oliqofren-ə çatdırmaq kifayət qədər çətindir.

Kərimli Azərbaycan jurnalistikasını hökmlü iradənin sifarişli icrasında ittiham edir? Gizlətmirəm, bəzi jurnalistlər, dünyanın hər yerində olduğu kimi, necə deyərlər, saatlarının əqrəblərini dövlətlə qururlar. Dövlətlə, hakimiyyətlə yox.

Bu bütün mədəni dünyada bu cür qəbul edilir. Bu, hətta Amerika jurnalistlərinin də əməl etdikləri yazılmamış qanunlardandır. Və həmin Amerika jurnalistlərindən, hansılar ki, milli təhlükəsizlik məsələlərində dövlət iradəsinin əksinə gedirlər, işsiz qalırlar. Məsələn, İraqın işğalı məsələsində öz mövqeyinə görə Amerika telekanalından çıxarılmış Fil Donaxyu kimi. Dünya jurnalistikasının tarixi belə nümunələrlə doludur.

Kərimli hökumətin və Azərbaycan prezidentinin ərazi bütövlüyünə dair mövqeyini yaxşı bilir. Amma o, əsassız ittihamlar irəli sürərək çirkli oyun oynayır,  möhtəkirlik edir və  mənasız manipulyasiya ilə məşğul olur. Şəxsən mən,  haqqin.az və virtualaz.org portalları ölkənin ictimai rəyini nəyə hazırlayırıq? 2016-cı ildə biz ictimai rəyi aprel müharibəsinə hazırlayırdıq və döyüş hərəkətləri dövründə düzgün informasiyanın tək mənbəyinə çevrildik. Ölkədə və onun hüdudları xaricində yüz minlərlə insan döyüş hərəkətləri haqqında informasiyanı onlayn rejimdə aldılar. Və Kərimli əla bilir ki, bu müvəffəqiyyətli döyüş əməliyyatı nəticəsində Azərbaycan bir sıra strateji yüksəklikləri azad etdi.

Biz ictimai rəyi yalnız qələbələrə hazırlaya bilərik. Ancaq Kərimli və digərləri ictimai fikri 1992-ci ildən bu yana döyüş meydanlarındakı biabırçı məğlubiyyətlərə hazırlayırlar. Dəfələrlə yazmışam, amma psixi xəstə halında olan siyasətçi ilə təkrar bütün biliklərin əsasıdır.

1992-ci ildə 26 yaşlı Kərimli cəbhəyə – harada ki, onun yaşıdları Şuşanın müdafiəsi uğrunda ölüm-dirim mübarizəsi aparırdılar- deyil, siyasətə getdi. Azərbaycanın son qalasını müdafiə etmək üçün cəbhəçilərin lideri nə etdi? Ən yaxşı suflyor, Ermənistanın sabiq prezidenti Serj Sarkisyandır, hansı ki, Kərimlidən fərqli olaraq, siyasətə yox, Şuşaya hücuma başlamış erməni səhra briqadalarına getmişdi. Sarkisyan Kərimlini və onun tərəfdarlarını erməni ordusunun Şuşaya yolunu açmış ən yaxşı köməkçi adlandırır. “Azərbaycanda daxili siyasət boğuşması və anarxiya bizə çox kömək etdi”, – deyə Sarkisyan Kərimlinin məni ictimai rəyi Şuşanın təslim edilməsinə hazırlamaqda ittiham etdiyi həmin anlarda bildirdi.

Boğuşmanı və anarxiyanı kim təşkil edirdi? Kim Mütəllibovu devirirdi? Kim silahlı qiyam üçün nizami qoşunları Qarabağdan Bakıda çağırırdı? Mən ya Kərimli?

1992-ci ildə mənim cəmi 15 yaşım vardı və mən Nərimanov prospektindəki məktəbimizin pəncərəsindən göz yaşlarıyla Kərimli və onun silahdaşlarının tanklarla hakimiyyətin üzərinə getdiklərinə baxırdım, bu həmin o vaxt idi ki, Zori Balayan  erməni əsgərləri ilə birlikdə işğal olunmuş Şuşanın mərkəzindəki kilsənin yanında rəqs edirdi.

Sonra Ə.Kərimli dövlət katibi kreslosuna oturdu, arvadını Prezident Administrasiyasında yüksək posta təyin etdi, “Mersedes”lər aldı, Türkiyədə və Dağıstanda şəxsi biznesini açdı, paralel olaraq isə Ağdərəni, Kəlbəcəri və Qarabağın digər bölgələrini təslim etdi…

 

Bütün bunlar mənim xəstə fantaziyamın məhsulu deyil, real və acı tarixdir, hansı ki, Kərimli unutmağı üstün tutur. Bu gün Şuşanın təslim olunmasında jurnalisti ittiham etmək və qısa yaddaşlı xalqı buna inandıraraq, yenidən prezidenti devirməyə getmək onun üçün daha rahatdır, amma artıq başqa prezidenti.

Hər şey hakimiyyətə görə, hər şey çirkli ticarət naminədir. Və yenidən Kərimlinin əlindəki tüfəng yox, Xain əsasıdır.

Qarabağın itirilməsi Xalq Cəbhəsinin, Elçibəyin və Kərimlinin vicdanındadır. Və heç kim bu həqiqi tarixi dəyişə  bilməyəcək.

Kərimli xoruna daha bir neçə qəribə müxalifətçilər qoşulublar. Və bu müxaliflər qəribə Böyük Xural adlı qəzetin redaksiyasına toplaşıblar. Xeyr, bu, Timurçinin böyük xan seçildiyi Monqolustanda deyil, Azərbaycandadır, harada ki, nədənsə bu günə kimi Çinqizxan dövrünün barlaslarını türk hesab edirlər.

Bir qəribə “politçuvak”, hansı ki, jurnalistikanın qum təpələrinə uzun yolu Əli İnsanova reketçilikdən başlayıb, Bakıda bu cür qəribə adla qəzet buraxmağa qərar verib.

Və üzündə İnsanov ifadəsi olan bu köhnə reketçi ocağına kimləri toplayıb?

İxtiyar Şirinovu – Azərbaycanın baş prokuroru, hansı ki, öz prezidentinin həbsinə order verdi. Belə şey hətta nasist tarixində də olmayıb. Təsəvvür edirsinizmi, bir şillədən sonra baş prokuror dərhal öz prezidentinin həbsi barədə order imzaladı. Bu sındırılmış üsyançı polkovnikin yanında Elçibəy vaxtlarının daha bir “əntiq nüsxəsi” Pənah Hüseyn oturub.

Bu da biabırçı tarixdir, xalq arasında “Qarpız” ləqəbi verilmiş baş nazir, Elçibəy və Kərimli ilə bir sırada Şuşanın təslim edilməsi günündə o da Mütəllibovu devirirdi. Və bu balqabaq başlı baş prokuror və “qarpız” baş nazir, Çingizxanın redaksiyasında, yəni tamamilə fantastik bir dünyada, məni Şuşanı təslim etməkdə ittiham etməyə başladılar…

Siz indi anlayırsınızmı Əliyevlər 25 il  hakimiyyətdə niyə belə möhkəm otururlar? Bu qarpızbaşlar və balqabaq prokurorlarla,  xalqın iradəsi ilə Əliyevlər daha 25 il  Azərbaycanda arxayın hakim olacaqlar. Ona görə ki, hakimiyyətin alternativi – qarpız, balqabaq, oliqofren-dir…

 

Və axırda yenə sifarişli jurnalistika haqqında. Bilirsiniz ən sifarişli və stenoqrafik adlandırılan jurnalistikanın banisi kimdir? Bu haqda sizə “Azadlıq” qəzetinin çoxsaylı əməkdaşları danışa bilərlər. Hər axşam AXC-nin  çirkli qərargahında, çox çirkin insanların olduğu və tualet iyi verən birinci mərtəbədə, qəzetin baş redaktoru Gündüz Tahirli və siyasi şöbənin müdiri İbrahim Məmmədov Əli Kərimli ilə görüşü gözləyirdilər. Jurnalistlər rəhbərin yanına bloknotla girir və nə yazacaqlarının tezislərini alırdılar. Bir az sonra “Bizim Yol” qəzetinin baş redaktoru da ikinci mərtəbədən Kərimlinin yanına düşürdü. Bütün bu jurnalistlər məqalə-imlalar yazırdılar, hansılar ki, rəhbərin dilindən çıxırdı. Sonra bütün bu jurnalistləri hakimiyyət aldı. Amma onlar yazmağa davam etdilər, Kərimlinin öyrətdiyi kimi. Tezis və diktələrlə…

Əli Kərimli olmasaydı, onda hakimiyyət onu mütləq icad edərdi. Azərbaycan etirazının təqlidinin təəccüblü,  mənasız dekorasiyası.

Amma əgər uzaq və unudulmuş 90-cı illərdə bu dekorasiya dramatik teatrın faciələrlə dolu səhnəsində idisə, bu gün bu dekorasiya satira teatrının səhnəsində balaqanı xatırladır. Əli Kərimli qoşunla Şuşanı azad etməyə gedirdi və bir az da keçsə, şəhərə yaxınlaşacaqdı, amma…  bir ölüm jurnalisti götürüb hər şeyi korladı! Ay – ay-ay!

Azərbaycan hakimiyyətinə həsəd aparmaq olar: Əli Kərimli kimi müxalifətlə necə asan, sadə və məzəlidir!  Əbədi yaşa, müxalifət-imitasiya! Əbədi yaşa, Əli Kərimli!

Müəllif:Eynulla Fətullayev

DİGƏR XƏBƏRLƏR