Polis sahibkar qadını soyundurub…?-ÖZƏL-FOTO

330

Şəkidə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadın polis zorakılığına məruz qalıb.Özü də Şəki ərazsində Şəki polislərinin yox,Qax polislərinin.1-ci vitse-prezident Mehriban xanım Əliyevaya,Baş prokuraora,Daxili İşlər nazirinə,Obudsmana ,o cümlədən Azbelediyye.info və “Kanal32.info saytlarına müraciət edən Ə.S.(məlum səbəblərdən ad və soyad şərti verilib) iddia edir ki,qanunsuz şəkildə Qax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən adıçəkilən rayona aparılıb.Orada “KPZ”-də zorakılığıa mərzu qalıb və 4 nəfər kişi polis əməkdaşı tərəfindən soyundurulub.

Həmin müraciətin nöqtəsinə,vergülünə toxunmadan təqdim edirik! 

 

                       Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti  Mehriban xanım Əliyevaya

         Sürəti: Azərbaycan Respublikasının Baş Prokuroru Z.Qaralova

         Sürəti: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə

         Sürəti: Qax rayon Prokurorluğuna

         Sürəti: AR Ombudsmanı Elmira xanım Süleymanovaya

          “Azərbaycan Bələdiyyəsi”(Azbelediyye.info saytı)qəzetinin və “Kanal32″İnformasiya Agentliyinin redaksiyasına

Şəki şəhər sakini Ə.S.S.qızı tərəfindən

Ə R İ Z Ə

Hörmətli Mehriban xanım!

Hörmətli cənab Baş Prokuror!

Hörmətli  cənab Prokuror!

Hörmətli cənab Rəis!

Hörmətli Elmira xanım!

Hörmətli redakisya !

Məni Şəki şəhər Qoxmuq kəndində kəndində kiçik bir çayxana işlədirəm. 2019-ci ilin 8 mart tarixində axşam saat 20:45-də 4 nəfər şəxs kafeyə daxil olub kafenin kim tərəfindən işlədildiyini,biləndəki kafeni mən işlədirəm məni özləri ilə polis şöbəsinə aparacağını bildirdilər.Mən səbəbbini soruşanda mənə 3”gedəndə bilərsən” dedilər,yaxınlarıma telefonla məlumat vermək istəyəndə mane oldular.Polis maşını Şəki polisinə deyil Qax rayon polis istiqamətində yollandı.Qax polis şöbəsinin rəis müavini Nicat adlı şəxsin yanına gətirib məni sorgu-suala başladılar.Mənə Səbinə adlı qızı tanıdığımı soruşdular,mən bildirdim ki 2 uşağ anasıdır,məinm yanımda işləmək istəyib mən razı olmamışam.Məndən onu nə vaxt gördüyümü soruşdular.Mən bildirdim ki 08.03.2019-ci il tarixdə saat 15:00 radələrində mənim işlətdiyim kafeyə Anar adlı şəxs gəlmişdi və o mənə 50 manat pul verdi ki, əvvəl olan 22 manat pulumu çıx,dalınca bu gün yediyi 16  manatlıq pulun çıxmağını və qalan 12 manatı özümə saxlamağını(əgər gələndə pulu olmassa  onun hesabına yeyəcəyini bildirdi).Anar  mənim kaafemdən çölə çıxaraq Səbinə ilə danışdığını gördüm,Anar qayıdıb məndən onun mənim yanımda işlədiyini soruşdu,mən isə ona Səbinəni bir yerdə qərar tutmadığını bildirdim.Anar mənə Səbinə ilə Qax gəzməyə getmək istədiyini dedi,mən ona “hər yer taksidir gedin” dedim.Onlar Səbinə ilə Qax getmək istəsələrdə heç kim ucuz qiymətə aparmadı.Məndən yenədən Qaxa getmək üçün taksi nömrəsini istədilər,mən köhnə tanıdığım bir şəxsin nömrəsini onlara verdiyimi qeyd etdim.Qax rayon polis şöbəsində mənə bildirdilər ki,Anarla Səbinəni Qax rayonunda Gülşən oteldə Aynur Sofiyevanın atası Mamed kişinin otelində tutublar və güya onları ora mən göndərmişəm.Nicat adlı polis əməkdaşının yanında olan Orxan adlı polis əməkdaşı mənə” ay fahişə boynuna al ki sən onlardan pul alıb göndərmisən” mənə qışqırdı.Mən onlara bunları etmədiyimi bildirdim və vəkilsiz danışmayacağımı göstərdim..Lakin mənə qarşı təhkirlər dayanmırdı,onlar Anarla Səbinəni otağa gətirdilər,ikisidə içkili idi və güclə ayaq üstə dururdular.Anar ümumiyyətlə azərbaycan dilində pis danışdığı üçün onlara izah eləməyə çalışırdı ki mənim heç bir günahım yoxdur,Səbinədə eyni bildirdiki biz özümüz gəlməmişik(Səbinə İsayeva Məzahir qızı ümumiyyətlə heç vaxt məktəbdə oxumayıb,odur ki nə yaza bilir,nə oxuya bilir) Sonra taksi sürücüsünü gətirdilər o mənim dediklərimi təsdiq etdi.Sonra onlar mən vəkil tələb edəndə Nicat müəllim mənni saxlayıb şirin dilini işə saldı və məndən 2000 manat pul istədi,mən o qədər olmayacağını bildirdim,sonra məni başqa başqa otaqlara aparıb təzyiq göstərərkməcburən ifadə yazdırdılar,vəd etdilər ki yaz səni buraxacayıq,sonra məni tutduğlarını bildirdilər,mənim başımdan agrı tutdu,məni KPZ-yə apardılar,yenə təhkirlər dayanmırdı,təcili yardım üstümə gəldi,təzyiqimin 260 olduğunu bildirdilər.Sonra məni otağa salıb KPZ-nin rəisi 4 serjantla məni soyunmağa məcbur etdilər,məni alçatılar,Yarıya qədər məni soyundurdular. Bütün bunlar 8 martdan 9 marta keçən günü Qadınlar bayramı günü mənim başıma açdılar.(bu şəxsləri 100 nəfərin içində tanıyıram).

10 martın səhəri məni baş müstəntiq Elvin Məmmədovun yanına apardılar,orada İradə adlı keçmişdə tanıdıqım şəxs Elvin müəllimin məni buraxmağ üçün 1500 manat pul istədyini bildirdi.Məni yenidən KPZ-yə apardılar və 11 mart günortaya yaxın Prokurorun yanına apardılar,mən prokurorada günahım olmadığını bildirdim,sonra yenidən Elvin müəllim zaminliyə çıxartmaq üçün mənim ona 600 manat verəcəyimi bildirdi və mən ona 400 manat bir,200 manat bir verdim.Sonra mənə dedilər ki get 3000 manat gətir işi bağlayaq. Mənə hədə-qorxu gəldilər ki,heç kimə demiyim.

Buna baxmayaraq mənə yaxınlarım vəkilə müraciət etməyimi tövsiyyə etdilər.Mən vəkilə müqavilə bağladım və onun araşdırması nəticəsində Səbinənin ifadəsini(özünün razılığı ilə videolentə köçürdük), Anar Yusifovla görüşəndə müəyyən etdik ki ondan ifadə onun ickili vəziyyətdə olduğu halda alınmışdır,əlavə olaraq Anar ömrünün 28 ilini RF yaşadığı üçün azərbaycan dilində fikrini tam ifadə edə bilməmişdir(hənmdə astma xəstəsi kimi 2 qrupp əlildir). O ifadəsini dəyişdirmək istəməsinə baxmayaraq onu yaxın buraxmırlar. Səbinəni isə təhdid edilər,o gizlənməyə məcburdu.

Vəkilim 27.04.2019-ci il tarixdə Qax rayon polis şöbəsinə gələrək orderini,vəsiqəsini təqdim etməsinə baxmayaraq ona vəkil kimi cəlb edilməsi haqda qərarı 29.04.2019-ci il tarixdə verilmişdir. Qərarda qeyd edilmişdir ki, güya mən vəkil Tahir Şamxalovla təmin edilmişəm,lakin mən onu heç görməmişəm. Vəkili axı mənə heç təqdim etməmişdilər belə. (gəlsin üzümə dursun ki məni alçaldanda yanımda olmuşdur).Cinayət işini başlanması haqda qərarı nə mənə,nədə ki vəkilə verilməmişdir.Vəkilin təkidinə baxmayaraq cinayət işi ilə tanış olmağa şərait və icazə verilməmişdir.İş deyilənə görə Zöhrab Abdullazadədən Elvin Məmmədova verilib,o isə yerində tapılmır.Bizi aldadırlar ki,mənim işi ayırıb Şəki rayon polis şöbəsinə göndərəcəklər.

Onu da diqqətinizə çatdırım ki,hadisə əslən Qax rayonundan olan tanınmış şahmatçısı Aynur Sofiyevanın atasına məxsus oteldə baş verməsinə baxmayaraq otelin gözətcisi Nurlan Qurbanov haqda AR CM-nin 244.1 maddəsi ilə cinayət işi açılıb,mənimsə barəmdə 243.1 maddə ilə cinayət işi açılıb.

Hörmətli Mehriban xanım!

  Hörmətli cənablar!

Sizdən mənim bir Azərbaycan qadını kimi 8 mart Beynəlxalq qadınlar günü KPZ-nin rəisi və 4 serjant tərəfindən alçalmağımla və mənim haqda ədalətsiz cinayət işi başlanması ilə əlaqədar işə müdaxilə edilməsinə,araşdırılmasına və tədbir görülməsinə sərəncam verməyinizi xahiş edirəm.

.  Şəxsiyyət vəsiqəsi əlimdən alındığı üçün təqdim edə bilmirəm.

                        İmza                          Ə.S.S.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Baxmayaraq ki,əlaqə saxlmaq cəhdlərimiz alınmadı.

 

 

 

 

 

 

 

 

 

 

DİGƏR XƏBƏRLƏR