Gəncədə güclü yağışın fəsadları aradan qaldırılıbmı?-FOTOLAR

29

Kanal32.info xəbər verir ki,bir neçə gün öncə Gəncəyə yağan və dolu ilə müşayət olunan güclü yağış bir sıra fəsadlara yol açıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təbii fəlakətin səbəb olduğu fəsadlarla yerində tanış olub, fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz tədbirlərlə maraqlanıb.

Şəhər rəhbərinə məlumat verilib ki, 40-dan çox ünvanda evlərin zirzəmilərinə, həyətyanı sahələrə su dolub.  Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzin, Gəncə “Sukanal” Törəmə Səhimdar Cəmiyyətinin canlı qüvvə və texnikaları vasitəsilə yaranan fəsadların aradan qaldırılması üçün xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Gəncəyə dolu ilə müşayət olunan leysan xarakterli yağəş yağıb. Normadan artıq yağan yağışın yaratdığı sel suları şəhərin küçə və prospetlərində, eləcə də səkilərdə hərəkəti çətinləşdirib. Buna səbəb sularla gələn daş, qum və tullantıların yollarda qalaqlanması olub. Dolu ilə müşayət olunan güclü yağış şəhərin bir sıra ərazilərində yollarınçökməsinə, ağacların iri budaqlarının qırılmasına da səbəb olub.

DİGƏR XƏBƏRLƏR