Azərbaycan məscidlərində bayram namazı qılındı

17

Bu gün Ramazan ayının başa çatması münasibətilə Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə bayram namazları (Ftir) qılınıb.

İlk Fitr namazı saat 08:00-da paytaxtın “Əjdərbəy” məscidində qılınıb.

Bakıdakı Təzə Pir məscidində və digər məscidlərdə isə bayram namazı saat 09:00-da qılınıb.

Təzə Pir-də bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Yüz minlərlə insan məscidlərdə namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

Kanal32.info xatırladır ki,  ki, iyunun 5 və 6-da Azərbaycanda Ramazan bayramı qeyd olunur.

DİGƏR XƏBƏRLƏR