Türkiyə Fransanı “sındırdı” – VİDEO

195

Futbol üzrə Avropa Çempionatı-2020-nin seçmə mərhələsində 3-cü tura yekun vurulub.

Kanal32.info xəbər verir ki, turun ən maraqlı qarşılaşmalarından biri Türkiyədə keçirilib. H qrupunda keçirdiyi hər iki oyunda qələbə qazanan Türkiyə millisi bu dəfə çətin sınaq qarşısında idi. Belə ki, Şenol Günəşin komandası evdə dünya çempionu Fransa ilə oynayırdı.

Meydan sahibləri iki cavabsız qol vuraraq turnir cədvəlimndə vahid liderliyi ələ keçirib. “Ay-ulduzlular”a qələbəni Kaan Ayhan və Çengiz Ündərin qolları qazandırıb. Şenol Günəşin yetirmələrinin qələbəsi tarixi əhəmiyyət kəsb edib. Çünki Türkiyə millisi tarixində ilk dəfə Fransanı məğlub edib.

Bu qrupda İslandiya Albaniyanı, Moldova isə Andorranı minimal hesabla məğlub edib.

H qrupu

İslandiya – Albaniya – 1:0
Moldova – Andorra – 1:0
Türkiyə – Fransa – 2:0

1. Türkiyə 3 3 0 0 8:0 9
2. Fransa 3 2 0 1 8:3 6
3. İslandiya 3 2 0 1 3:4 6
4. Albaniya 3 1 0 2 3:3 3
5. Moldova 3 1 0 2 2:8 3
6. Andorra 3 0 0 3 0:6 0

 

VIDEO

DİGƏR XƏBƏRLƏR