Ürək üçün faydalı içki – Alimlərin tövsiyəsi

83

Yaponiya Tibbi-stomotoloji universitetinin alimləri müəyyən ediblər ki, duzlanmamış pomidor şirəsi ürək-damar sistemi xəstəliklərinin inkişafı riskini aşağı salır.

Bu barədə «Medical Xpress» xəbər verir. Qeyd olunur ki, eksperimentdə 184 kişi və 297 qadın iştirak edib və bir il ərzində heç bir məhdudiyyət olmadan, bu içkidən içib. Bundan sonra, alimlər pasiyentlərin ürəyinin vəziyyətini yoxlayıblar.

Məlum olub ki, pomidor şirəsindən istifadə etdikdən sonra arterial hipertenziya və ya hipertoniyaqabağı vəziyyətdə olan pasiyentlərdə qan təzyiqi əhəmiyyətli dərəcədə aşağı düşüb.

Bundan başqa, eksperimentin digər iştirakçılarında xolesterinin də səviyyəsi azalıb.

Dəqiqləşdirilib ki, bu içki qadın və kişilərə, o cümlədən, müxtəlif yaş səviyyəli qruplara bərabər dərəcədə təsir göstərir.

DİGƏR XƏBƏRLƏR