Leyla Əliyeva Atletlər Kəndində-FOTO

237

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Minsk 2019” II Avropa Oyunlarına qatılan Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

KANAL32.İNFO xəbər verir ki,görüş Atletlər Kəndində gerçəkləşib. İdmançılarla səmimi söhbət edən L.Əliyeva onlara Avropa Oyunlarında uğurlar arzulayıb.

Atletlər Kəndinin meri, Belarus təhsil nazirinin müavini Sergey Rudıyidmançıların yerləşdirilməsi, yaradılmış şərait barədə danışıb, azərbaycanlı mütəxəssislərin də xidmətindən istifadə olunduğunu vurğulayıb.

Görüşdə Azərbaycan Baş Nazirinin I müavini Yaqub Eyyubov, Milli Məclisin sədri Oqtay Əsədov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR