Çernobıl əlilləri Könül Ələkbərovdan şikayətçidir-VİDEO

170

  Mingəçevir şəhərində yaşayan Çernobıl əlilləri də qalmaqallarla ad çıxarmış Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərovdan şikayətçidirlər.

Azbelediyye.az-a müraciət edən Çernobıl Əlilləri Cəmiyyətinin Mingəçevir şöbəsinin bir qrup üzvü üzləşdikləri özbaşınalıqlarla bağlı ölkə prezidentinə müraciət ediblər.Əlillər iddia edir ki,həm Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov,həm də Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin müdiri Emil İsmayılov onlara qarşı qanun pozuntusuna yol verməklə yanaşı biganə münasibət sərgiləyirlər.Çernobıl əlilləri-Mustafayev Əsgər,Cavadov İlham,Müstafayev Əbülfət, Məmmədov Kazım və Qocamanov Ziyəddinin sözlərinə görə,Cənab prezidentin məlum sərəncamına uyğun olaraq əlill avtomobil almaq üçün növbəyə durmaq istəyirlər.Və bununla bağlı müvafiq sənədləri toplayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.Ancaq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında onlara “Forma-88” verilmir.Onlara bildirilib ki,siz əlil olsanız da,əliniz,ayağınız yerindədi.Əgər bura xərəkdə gəlsəydiniz sizə “Forma-88” vermək üçün xəstəxanada yatmanıza icazə vərərdik.Çernobıl əlilləri iddia edir ki,bu sözləri onlara saymazyana şəkildə ironiya ilə həm xəstəxananın direktoru Könül Ələkbərov,həm də Mingəçevir xəstəxanasının TSEK-in yeni sədri Kərim Kərimov deyib.(Görəsən,bu yumuşaq kresloları hansı kimyəvi maddədən hazırlayırlar ki,orada əyləşənlərin 90 faizinin “qanı qaynayır”)

Çernobıl əlilləri onu da bildiriblər ki,Mingəçevir xəstəxanası onları qəbul etmədiyi üçün məcbur qalıb Yevlax Rayon Mərkəzi Xəstəxanasına üz tutublar.Adıçəkilən xəstəxanada iki nəfər-Mustafayev Əsgər və Məmədov Kazım stasionar müalicə alıb və onlara müvafiq sənəd verilib.Həmin sənədi Mingəçevir xəstəxanasına təqdim ediblər.Son vaxtlar müxtəlif səpkili qalmaqallara gündəmi zəbt edən Mingəçevir xəstəxanasının rəhbərliyi növbəti bıabırçılığa imza atıb.Çətinliklə də olsa xəstəxana direktoru Könül Ələkbərovun qəbuluna düşən Çernobıl əlillərinə həmin vaxt otaqda olan Baş həkim Eldar Kərimovun yanında deyilib ki,siz Yevlax xəstəxanasına rüşvət verib saxta sənəd almısınız…Demək olar ki,hər gün davranışlarında səhvlər buraxan Könül Ələkbərov onunla eyni dövlət layihəsini icra edən Yevlax xəstəxanasını rüşvət almaqda ittiham edib.Bu zaman sula yaranır.Əgər direktor Könül Ələkbərov həqiqətən də dövlətini sevirsə,qanunlarımıza qeyd-şərtsiz əməl edirsə,niyə Yevlax xəstəxanasındakı rüşvətlə bağlı İcbari Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinə müraciət etmir???

Çernobıl əlilləri Mingəçevir xəstəxanasının TSEK-in yeni sədri Kərim Kərimovun da onlara qarşı sərgilədiyi münasibətdən nazrazılıqlarını ifadə ediblər.

Mingəçevirli Çernobıl əlillərinin müraciətini elə onların öz dilindən eşidək:

Redaksiyamıza müraciət edən Çernobıl əlilləri Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin müdiri Emil İsmayılovun da davranışlarından narazılıqlarını bildiriblər.Səbəb kimi isə süründürməçilik halları ilə üzləşmələrini və bu günə kimi onlara müalicə üçün göndərişlərin(“putyovka”ların) verilməməsini göstəriblər.

Xatırladaq ki,1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi əslində dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasət tədbirləri ilə əhatə olunub.Ancaq yerli məmurların özbaşınalığı,biganə münasibəti bu kateqoriyadan olan əlilləri bir sıra problemlərlə üz-üzə qoyur.

Çernobıl Əlilləri Cəmiyyətinin Mingəçevir şöbəsinin üzləri isə ölkə başçısı Cəmab İlham Əliyevdən xahiş edirlər ki, üzləşdikləri haqsızlıqlara son qoyulsun və vəzifəsinin öhdəsindən gələmyən məmurlar cəzalandırılsın.

 Redaksiya olaraq bildiririk ki,yazıda adı keçən bütün qurumların və  şəxslərin mövqeyini dərc etməyə hazırıq.

P.S.Aidiyyatı qurumların və oxucuların diqqətinə çatdıraq ki,Çernobıl əlliləri əslində redaksiyamıza iyunun 28-də müraciət ediblər.Ancaq həmin gün Aprel döyüşçüsünün özbaşınalıqlara etiraz olaraq özünü xəstəxanada yandıraraq intihar etməsi bu yazını hazırlamağımızı bir müddətlik arxa plan keçirdi.Ona görə ki,əgər biz həmin ərəfədə əlillərin müraciətini işıqlandırsaydıq,hər zaman öz qanunsuz əməllərinə “qanun donu” geyindirən xəstəxana direktoru Könül Ələkbərov həmişə olduğu kimi bizi “qərəzçilik”də günahlandırcaqdı.

Azbelediyye.az

DİGƏR XƏBƏRLƏR