Azərbaycanda dəhşətli hadisə-8 ÖLÜ-VİDEO

37

Masallıda yük maşını “Mersedes Vito” markalı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.İlkin məlumata görə, ölənlərin 2-si qadin, 3-ü kişi, digər 3-ü isə məktəb yaşlı uşaqdır.

Ağır qəzada dünyasını dəyişən şəxslərin kimliyi də məlum olub.

Dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.

Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.

Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Milanə Atalı qızı, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır.

Masallı Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hər iki şəxsin vəziyyəti yaxşıdır. (Trend)

DİGƏR XƏBƏRLƏR