“Nəşəli”sürücü sərnişin daşıyırmış-FOTO

26

Astara rayonunda yol polisi narkotik maddənin təsiri altında sərnişin daşıyan sürücünü saxlayıb. 

Bu barədə “Report”un Cənub Mərkəzinə DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücünü saxlayıb. Eyni zamanda onun idarə etdiyi avtomobildən də narkotik vasitə aşkarlanıb. “Tofaş” markalı avtomobillə Bakıdan Astaraya sərnişin daşıyan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomaşının isə texniki baxışdan keçmədiyi müəyyən edilib. Həmçinin hərəkətləri şübhə doğurduğu üçün, o, tibbi müayinəyə dəvət edilib. Ə.Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən də narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR