Ətraf mühiti necə qorumalı?-FOTOLAR

20

Azbelediyye.az xəbər verir ki,Mingəçevir Regional QHT-lərin Resurs və Təlim mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi İctimai Birliyi tərəfindən seminar-təlim keçirilib.

Media təmsilçilərinin,ictimaiyyət nümayəndələrinin və gənclərin qatıldığı tədbir “Ətraf  mühitin  qorunmasında vətəndaş cəmiyyəti  institutlarının rolu mövzusunda tədbirlərin keçirilməsi ”layihəsi çərçivəsində baş tutub.Toplantını açıq elan edən Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi İctimai Birliyinin sədri Füzuli Əsədov layihə barədə geniş məlumat verib.O bildirib ki,halinin sağlamlığının qorunması və ətraf mühit məsələləri üzrə daha fəal olmağa təşviq edilməsi, onlarla dövlət arasında əlaqələrin inkişaf etdirilməsi və mediaya sərbəst çıxışların təmin edilməsi kimi məsələlər fəaliyyətinin icrasının əsas məqsədidir.

O da vurğulanıb ki,bu təlim QHt-lərə imkan verəcək ki, öz media və vətəndaş cəmiyyəti əlaqələrini inkişaf etdirsinlər və öz fəaliyyətlərini daha da genişləndirmək üçün müasir media vasitələrdən (sosial şəbəkələr, internet səhifələri, bloqlar) istifadə etsinlər.

Təlimin eksperti, “Eko-TES” İctimai birliyinin sədri ekoloq Çingiz Nəzərov  müzakirə olunan mövzunun aktuallığına xüsusi diqqət çəkib.Ekspert qeyd edib ki,qoloballaşan dünyada insanların qarşısında duran əsas vəzifələrdən biri məhz ətraf mühitin qorunmasıdır.

Daha sonra tədbir mövzu ətrafında  maraqlı diskusiya  ilə davam edib.Çıxış edən ekoloq-alim Xosrov Musayev və digər iştirakçılar gəncləri daha fəal olmağa və ətraf mühitin qorunmasında fəal iştirakçılığa çağırıblar.Eyni zamanda sahibkarların və yerli məmurların da ekoloji bilgilərlə maarifləndirilməsinin vacibliyi vuğulanıb.

Müəllif:İxtiyar Həsənli

 

DİGƏR XƏBƏRLƏR