Polisin güllələdiyi şəxs Milli Qəhrəmanın qohumudur

88

Dünən Goranboyda baş vermiş silahlı insident nəticəsində yaralanın və bu gün xəstəxanada vəfat edən Lətif Əmrahov Milli Qəhrəmanın qohumudur.

Kanal32.info BakuPost-a istinadən xəbər verir ki, Lətif bir neçə gün əvvəl hərbi xidmətdən qayıdıb. O, Azərbaycanın milli qəhrəmanı Maşallah Abdullayevin bacısı nəvəsidir.

Maşallah Abdullayev  Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarxili 6 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Qeyd edək ki, ötən gün saat 22:30 radələrində Goran qəsəsbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib.

Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən Lətif Əmrahov polis əməkdaşı ilə mübahisə edib, onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb. Silahdan açılan güllə L.Əmrahova dəyərək onu yaralamışdı. Bunu görən L.Əmrahovun qardaşı Təbriz Əmrahov polis əməkdaşının əlindən silahı alaraq onu güllələmək istəyib. Silahdan atəş açılmadığını görən T.Əmrahov tapançanın qundağı ilə polis əməkdaşının baş nahiyəsinə zərbələr endirib. Hadisə yerinə dərhal Goranboy rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Hadisə iştirakçılarının hamısı saxlanılıb. Xəsarət alan polis əməkdaşı V.Kərimov və L.Əmrahov xəstəxanaya yerləşdiriliblər.

Bu gün L.Əmrahov xəstəxanada vəfat edib.

DİGƏR XƏBƏRLƏR