İstanbulda ermənilərin işğal siyasəti müzakirə olunub-FOTOLAR

27

İstanbulun Cemil Meric Gənclik, Mədəniyyət və Təhsil mərkəzində “Ermənistanın işğalçı siyasəti və regional təhlükəsizlik” mövzusunda konfrans keçirilib.

Kanal32.info xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Azərbaycan Aləmi” Mədəniyyət Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və “Anadolu- 2071″Sosial Media Mərkəzinin dəstəyi ilə baş tutub.

Konfransda İstanbul Mədəniyyət müdiri Coşqun Yılmaz, Ümraniyə rayon icra başçısının köməkçisi Yusuf Ethem Koyuncu, Tuzla rayon icra başçısı Ali Akca, “Azərbaycan Aləmi” Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri Şəhla Yusifova, araşdırmaçı-yazıçı Aygün Həsənoğlu və digər rəsmi şəxslər iştirak ediblər.

Geniş tərkibli toplantıda çıxış edən “Azərbaycan Aləmi” Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri Şəhla Yusifova uzun illərdir Ermənistan dövlətinin apardığı işğalçılıq siyasətindən,onların region öləkəri üçün yaratdığı təhlükədən danışıb.Ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi vandalizmdən,bəşəri cinayətlərdən,bir milyon insanın ata-baba yurdlarından didərgin düşməsindən söhbət açıb.Mühüm tarixi faktları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Həmçinin,tədbirdə “Müharibə bölgəsində beynəlxalq hüququn tapdanması”, “Osmanlı arxivlərinin araşdırılması”, “Ermənilər nə üçün köçürüldü”, “Qərbin türk dünyasına baxışı” və digər mövzularda məruzələr oxunub.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.

DİGƏR XƏBƏRLƏR