Eynulla Fətullayev vergidən yayınıb?

114

Vergilər Nazirliyinin əməkdaşları “Haqqin.az” və “Virtualaz.org” xəbər saytlarının redaksiyasında yoxlamalara başlayıb.

Kanal32.info xəbər verir ki,bu barədə Demokrat.az-a mötəbər mənbədən məlumat daxil olub.

Məlumata görə, jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu sözügedən redaksiyalarda vergidən yayınma halları baş verib.

Məsələ ilə bağlı sözügedən saytların rəhbəri Eynulla Fətullayevlə telefon əlaqəsi saxlasaq da, zənglərimizə cavab verən olmayıb.

Qeyd edək ki,Eynulla Fətullayev Azərbaycan cəmiyyəti tərəfindən daha çox sifarişli və qalmqallı,qərəzli yazılar müəllifi kimi tanınır.

Məsələni diqqətdə saxlamışıq, oxuculara əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR