“Qarabağ” qələbəni əldən verdi

38

“Qarabağ” komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirib.

Rəqib İrlandiya çempionu “Dandolk” olub. Eyniadlı şəhərin “Oriel Park” stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Hər iki qol künc zərbəsindən sonra vurulub. 4-cü dəqiqədə Mahir Emreli, 78-ci dəqiqədə isə Patrik Hoban fərqlənib.

Bu komandalar arasında cavab görüşü iyulun 31-də “Dalğa Arena”da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR