Eks-spiker Davudoğlunu ifşa etdi

46

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş spikeri Məhməd Əli Şahin eks-baş nazir Əhməd Davudoğlu ilə bağlı önəmli bəyanat verib.

Kanal32.info Türk KİV-lərinə istinadən xəbər verir ki, M.Ə.Şahin bəyanatında yeni partiya hazırlığında iştirak etdiyi iddia edilən Ə.Davudoğludan verdiyi sözü tutmasını istəyib.

“Əhməd Davudoğlu ilə birgə çalışdıq. Mənim sədr müavini, siyasi və hüquqi işləri sədri kimi bir vəzifəm var idi. Davudoğlu 2016-cı ilin 5 mayında AKP-də mətbuat konfransı keçirdi. “Partiyalı dostlarım və Prezidentimizlə apardığım məsləhətləşmələr nəticəsində vəzifəmdə qalacağam və son nəfəsimə qədər cənab Ərdoğanla münasibətlərimi davam etdirəcəyəm, AKP-də siyasətə davam edəcəyəm”. – dedi.

Mən cənab Davudoğlunun sözündə durmasını gözləyirəm. Sonra 22 mayda ümumi qurultayımız keçirildi. Özü bu konqresin vida deyil, “vəfa konqresi” olduğunu bildirdi. Son nəfəsinə qədər də AKP daxilində siyasətə davam edəcəyini söylədi. Mənim yaxından tanıdığım, sevdiyim müəllimimin bu yerdə qalmasını arzu edirəm”, – Şahin qeyd edib.

DİGƏR XƏBƏRLƏR