Qərib azərbaycanlılar-YENİ LAYİHƏ

107

Vaterloo Universitetinin professor İlham Axundov


   Əslən Lənkəranın Boladı kəndindən olan azərbaycanlı alim Bakı Dövlət Universiteti və Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsində təhsil alıb. 1999-cu ildə Amerikaya köçən həmyerlimiz iki il ABŞ-ın Texas Universitetində elmi araşdırmalarla məşğul olub. Daha sonra Kanadanın Hamilton şəhərindəki MakMaster Universitetində çalışıb. 2007-ci ildən məşhur Vaterloo Universitetinin professorudur. Üç dərslik və otuz beşdən çox elmi məqalənin müəllifi olan İlham Axundov hazırda Vaterloo Universitetinin riyaziyyat fakültəsinin Riyaziyyat və Biznes proqramları direktoru vəzifəsində çalışır. 2018-ci ildə “Ən yaxşı fəaliyyətə görə” mükafatına layiq görülən İlham bəy ictimai işlərdə də fəaldır. O, prezidenti olduğu “Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası” xətti ilə xeyli işlər görüb. Həmyerlimiz indiyədək Azərbaycandan 55 tələbənin Kanadada təhsil almasına vasitəçilik edib.

 

DİGƏR XƏBƏRLƏR