Qərib azərbaycanlılar-II yazı-FOTOLAR

74

ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabit. -Nəimi Əmiral

  Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun  sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının  Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir.

Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE – (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.

2010-cu ilin may ayından 2011-ci ilin may ayına kimi Nəimi Əmiral ABŞ Dəniz Mühəndisliyi Batalyonlarindan birinin vəzifəli məmuru olaraq çalışmışdır. Onun komandanlığı altında 200-dən çox şəxsi heyət ABŞ-ın Cənubi Amerikaya Humanitar Dəstək Əməliyyatlarında iştirak etmişdir.

Daha sonra, ABŞ Birləşmiş Qərargahına təyin olunan Nəimi Əmiral NATO Təlim Missiyası-Əfqanıstanla Əlaqə heyətində zabit kimi xidmət edib. Bu ABŞ / NATO proqramı Əfqan Milli Polis Təşkilatına yardım etmək üçün minlərlə əfqan polis məmurlarını təlimləndirib. Nəimi Əmiral Əfqanıstanın sabiq Prezidenti Hamid Kərzai tərəfindən Əfqanıstanın Milli Təhlükəsizliyinə  etdiyi töhfələrə görə Əfqanıstan Daxili İşlər Nazirliyinin Şərəf medalı ilə təltif edilib.

2013-cü ildən 2015-ci ilə kimi Pentaqonda F35 tipli Qırıcı təyyarələrin baş ofisində məsul vəzifədə xidmət edib. Burada o, Proqram Meneceri / Strateji Əməliyyatlar üzrə Nümayəndə vəzifəsində çalışıb.

2016-cı ildə Nəimi Əmiral Amerika Birləşmiş Ştatlarının Rumıniyada istifadəyə verilmiş Ballistik Raketlərə Qarşı Müdafiə Sistemi hərbi bazasında xarici əlaqələr bürosunun direktoru vəzifəsinə təyin olunub. Nəimi Əmiral NATO-nun baş katibi, Rumıniyanın baş naziri və ABŞ Müdafiə nazirinin müavini və digər tanınmış şəxslərin də iştirak etdiyi AEGIS Ashore Rumıniya Açılış Mərasimi komitəsinin sədri vəzifəsində çalışmışdır. Ruminiyada olarkən Əmiral evsiz Rumın ailələrinin həyatını yaxşılaşdırmaq üçündə müəyyən işlər görmüşdür. Nəimi Əmiral Rumıniya Baş naziri tərəfindən ABŞ-Rumıniya əlaqələrinə etdiyi töhfələrinə görə təltif edilib.

2016-cı ilin sonlarında Əmiral ABŞ-ın və Koalisiya üzvlərinin əməliyyatlarına dəstək göstərilməsi üçün Suriyada və İraqda əməliyyatlar həyata keçirən Fransız Charles De Gaulle aviadaşıyıcısınında ABŞ və NATO nümayəndəsi kimi xidmət edib. Bu xidmətə gorə Fransanın sabiq prezidenti tərəfindən Fransanın ‘Moyen Orient’ (Orta Şərq) medalı ile təltif edilib.

DİGƏR XƏBƏRLƏR