Mingəçevirdə ağır yol qəzası-FOTOLAR

30

Kanal32.info xəbər verir ki,saat 14:15 radələrində Mingəçevir şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə şəhərin M.Maqomayev küçəsi ilə M.Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.Belə ki,Rövşən Soltanova məxsus 90-EL-628 dövlət nömrə nişanlı “BMW”markalı avtombil işqforun yaşıl işğında keçrəkən,əks yoldan gələn və işıqforun qırımız işğının tələblərinə əməl etməyən 99-NH-440 dövlət nömrə nişanlı “KİA” markalı avtomobillə toqquşub.Dərhal əraziyə Mingəçevir şəhər Polis şöbəsinin DYP bölməsinin əməkdaşları gəlib və əraziyə Təcili Tibbi Yardım briqadası çağırılıb.Müxtəlif dərəcli bədən xəarətləri alan “BMW”markalı avtomobilin sürücüsü Solatanov Rövşən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirlib.DYP əməkdaşlarının müxbirimizə verdiyi məlumata görə,hadisəyə səbəb yol hərəkət qaydalarını kobud şəkildə pozan “KİA”nın sürücüsü Almazov Hökmüdardır.Hər iki avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki,faktla bağlı Mingəçevir şəhər Polis şöbəsinin istintaq qrupu tərəfindən araşdırma aparılır.

Kanal32.info

DİGƏR XƏBƏRLƏR