İdarə rəisinin 145 minlik “generator əməliyyatı”-FOTOLAR

103

Yeni köçkün qəsəbəsindəki 144 min 904 manat dəyərində olan 750 KVA-lıq dizel genratoru idarə rəsinin göstərişi və bilavastə iştirakı ilə məlum olmayan səbəblərdən götürülüb.

  Kanal32.info-ya müraciət edən məcburi köçkünlər bildirir ki,“Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Saleh Abdullayev köçkünlərə qarşı qanunsuz hərəkətlər edib.

Belə ki,bu ilin fevral ayında Mingəçevirdəki 594 mənzillik 11 ədəd 9 mərtəbəli binadan ibarət Yeni Köçkün qəsəbəsindəki fövqəladə vəziyyətlər üçün nəzərdə tutulan ehtiyat generatoru köçkünlərə üzərində tərtib olunma tarixi göstərilməyən “akt” təqdim etməklə ələ keçirib.Əldə etdiyimiz məlumata görə,həmin akt Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 3,”Azərişıq”ASC-nin isə 9 nəfər məsul şəxsinin iştirakı ilə tərtib edilib.Aktın məzmununda bildirilir ki,qiyməti 122 min 248 manat olan 600 KVA-lıq 1 ədəd,qiyməti 289 min 808 manat olan 2 ədəd 750 KVA-lıq dizel generatoru Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun balansından çıxarılaraq “Azərişıq”ASC-nin  balansına verilsin.Ancaq bu generatorların “Azərişıq”ASC-nin balansına verilməsi idarə rəisi Saleh Abdullayevin həmin generatorları şəxsi maraqlarına uyğun istifadəsi anlamına gəlmir.Ən əsası Saleh Abdullayevin iştirakı ilə köçkünlərə guya “qanunu sənəd” kimi nümayiş etdirilən həmin aktın üzərində gün və ay göstərilməyib.Aktın fotosunu təqdim edirik:

Maraqlıdır,aktda 3 generatorun ümumi qiymətinin cəmi 556.960 manat etdiyi halda nədənsə cəmi 412.056 manat yazılıb.Biz isə redaksiya olaraq “Aradan çıxarılan”,yoxsa “yaddan çıxan” 144 min 904 manatdan danışmaq istəmirik.

Məcburi köçkünlərin verdiyi məlumata görə,generatorun naməlum səbəblərdən naməlum istiqamətdə aparılması ilə bağlı Saleh Abdullayevin ilk cəhdi noyabr 2018-ci il tarixdə,ikinci cəhdi isə 12 yanvar 2019-cu il tarxidə olub.Lakin həmin ərəfələrdə köçkünlərin ciddi etirazı və “generator elçiləri”nin əllərində “qanuni sənəd”lərin olmaması cəhdləri boşa çıxarıb.İşçilərinin “bacarıqsızlığı”nı görən RETSİ-nin rəisi Saleh Abdullayev üçüncü cəhddə özü şəxsən iştirak edib və “Qaçqınkom”un Mingəçevirdəki sabiq nümayəndəsi “Seyid Hüseyin”in “danılmaz xidmətləri” sayəsində,o cümlədən axtarıb tapdıqları “qanuni akt” əsasında köçkünləri yola gətirə bilib.Beləliklə,”generator əməliyyatı” uğurla başa çatıb.

Təəssüf ki,Yeni qəsəbədə yaşayan məcburi köçkünlər aldadıldıqlarını  gec başa düşüblər.İndi onlar aidyyatı qurumların rəhbərlərindən “Azərişıq”ASC-nin regional nümayəndəsinin atdığı addımın qanuna uyğun olub-olmamasının araşdırılmasını tələb edirlər.Əks halda onlar ölkə başçısı Cənab İlham Əliyevə video-müraciət edəcklərini deyirlər.

2014-2015-ci illərdə qəsəbənin tikintisində çalışmış işçilərin və məcburi köçkün Vəli Həsənovun bildirdiyinə görə,binaların inşaası layihısi çərçivəsində buraya qoyulmuş dizel generatorları ehtiyat enerji mənbəyi üçün nəzərdə tutulub.Məqsəd isə fövqəladə vəziyyət və təbii fəlakətlər,elektirik xətlərində baş vermiş uzunməddətli qəzalar zamanı hündür mərtəbəli binalarda ən azı liftlərin işləməsini və orada qalmış insanların xilas edilməsini təmin etməkdir.

 

 

Yuxarıdakı fotolar “rəhmətlik”generatorun varlığı zamanı çəkilib.Aşağıdakı fotolar isə “generator əməliyyatı”ndan sonrakı,yəni indiki fotolardır.

Redaksiyanın əldə etdiyi məlumtalara görə,“Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Saleh Abdullayev uzun illərdir məmur kimi fəaliyyət göstərsə də,o təkcə Mingəçevirdə dəyəri milyonlara ölçülən biznes obyektlərinə və daşınmaz əmlaklara sahibdir.Onun idarə daxilində həyata keçirdiyi idarəetmə mexanizmləri və kadr təyinatları isə geniş bir araşdırma mövzusudur.

Görəsən,Saleh Abdullayev köçkün qəsəbəsindən apardığı qiyməti 144.904 manat olan 700 KVA-lıq dizel generatorunun yerləşdirildiyi yeri və ya obyekti rəsmi şəkildə məcburi köçkünlərə göstərə bilərmi???

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

KANAL32.İNFO

DİGƏR XƏBƏRLƏR