Haqqımızda

“Kanal32” İnformasiya Agentliyi MMC 2018-ci il iyul ayının 22-də təsis olunub.Geniş əhatəli bir layihə olan bu Media şirkətinin(İnformasiya Agentliyinin)əsas məqəsdi ölkəmizdə və dünyada baş verən müxtəlif səpkili olayları (hadisələri) operativ və obyektiv şəkildə oxuculara çatdırmaqdır.Başlıca məqsədlərimizdən biri də regionun lider dövləti kimi Azərbaycanın tarixi,mədəni və iqtisadi imkanlarını dünyaya tanıtmaq,Qarabağ həqiqətlərini yaymaq,erməniləri bizimlə apardıqları “informasiya savaşı”nda üstələməkdən ibarətdir.Həmçinin,bu media layihəsinin hədəflərindən biri də yaxın zaman kəsiyində onlayın TV yayımı,o cümlədən rus və ingilis dilində xəbərləri yaymaqdan ibarətdir. “Kanal32” İnformasiya Agentliyi bir media qurumu olaraq ölkəmizdə və Türk dünyasında qüvvədə olan hüquqi prinsiplər əsasında fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla,ictimai birliklərlə,o cümlədən QHT-lərlə əməkdşalıq etməyə hazırdır və onları qarşılıqlı əməkdaşlığa dəvət edir. “Kanal32” İnformasiya Agentliyi araşdırma,təhlil və analitik tipli yazıları da oxuculara təqdim etməyi qarşısına məqsəd qoyub.Bu layihə həm də hər bir azərbayacan vətəndaşının öz haqq səsini duyurmaq üçün açıq kürsü funksiyasını yerinə yetirəcək.Hazırda kanal32 youtube kanalı da fəaliyyətdədir. “Kanal32″ Media şirkətinin(İnformasiya Agentliyinin)təsisçisi AJB-nin üzvü,”Həsən bəy Zərdabi”mükafatı laueratı,telejurnalist İnqilab Şirinbəylidir. Onu da qeyd edək ki,”Kanal32” İnformasiya Agentliyinin idarə heytəti ziyalılardan və peşəkar jurnalistlərdən təşkil olunub.