“Aşıq Şəmşir” Mədəniyyət Ocağı təltif etdi-FOTOLAR

57
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi İdarə Heyətinin qərarı ilə İctimai Birliyin “Fəxri Diplom”u ilə təltif edilib.
Qeyd edək ki, bu mükafat hər ilin sonunda görkəmli şəxsiyyətlərə, yaradıcı ziyalılara təqdim olunur.
Eyni zamanda xalq yazıçısına ustad sənətkar Dədə Şəmşirin və Qənbər Şəmşiroğlunun yeni çapdan çıxan kitabları da hədiyyə olunub.
Xalq yazıçısı Anar təltifə görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğluna və İctimai Birliyin çoxsaylı üzvlərinə təşəkkürünü bildirib.
Görüşdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov və İctimai Birliyin İdarə heyətinin üzvü, dosent Ələmdar Cabbarlı iştirak ediblər.
DİGƏR XƏBƏRLƏR