Prezident Şirinov qardaşlarını TƏLTİF ETDİ

202
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabir Şirinovun və Ümid Şirinovun “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Kanal32.info sərəncamın mətnini təqdim edir:
“Həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov “İgidliyə görə” medalı ilə təltif edilsinlər”.
Qeyd edək ki,Ukraynada yaşayan Sabir və Ümid Şirinov qardaşları Nikolayev şəhəri ətrafında 3 nəfəri ölümdən xilas ediblər.“Kanal32”bununla bağlı geniş material dərc etmişdi.
Onlar bu qəhrəmanlıqlarına görə, indiyə kimi müxtəlif medallarla təltif olunublar.
DİGƏR XƏBƏRLƏR