“Vicdan hərəkatı” yürüşü keçirib-FOTO

51

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Türkiyədə “Vicdan hərəkatı” adlı yürüş keçirilib.

Yürüş iştirakçıları Suriya həbsxanalarında olan və işgəncələrə məruz qalan qadın və uşaqların azadlığa buraxılmalarını tələb ediblər.

Ölkənin bir çox şəhərlərində keçirilən yürüş və aksiyalarda Suriyada 2011-ci ildən davam edən vətəndaş müharibəsində ən çox qadın və uşaqların zərər gördükləri bildirilib. Qeyd edilib ki, rəsmi rəqəmlərə görə, hazırda yeddi min qadın hələ də Suriya həbsxanalarında işgəncələrə məruz qalır. Qeyri-rəsmi mənbələrə görə isə bu ölkədə 500 min insan həbsdədir. Onların da 7721-i qadındır.

Yürüşə çoxlu sayda yerli və xarici vətəndaş qoşulub. (AzərTAc)

DİGƏR XƏBƏRLƏR