Prezident söz verdi: seçkilərə qatılmayacaq

47

Əlcəzair hökuməti ölkədə kütləvi etirazlardan sonra istefaya gedib.

Kanal32.info xarici KİV-ə istinadən bildirir ki, bu barədə ölkə prezidentinin rəsmi dəftərxanası bəyanat yayıb.

Xatırladaq ki, fevralın 22-dən davam edən kütləvi etirazlara səbəb prezident Əbdüləziz Buteflikinin yenidən prezident seçilmək istəyi idi.

Vətəndaşlar prezidentin çox qoca və xəstə olduğunu, ölkəni müstəqil idarə edə bilmədiyini əsas gətirirlər.

Bu arada Əlcəzairdə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul olunub.

Bu barədə Əlcəzair prezidenti Əbdüləziz Buteflika açıqlama verib.

Prezident bildirib ki, bu seçkidə namizədliyini irəli sürməyəcək.

DİGƏR XƏBƏRLƏR