Kamil Zeynallı həddini aşdı və həbs edildi

43

Bakının Nərimanov Rayon Məhkəməsində idmançı Kamil Zeynallının həbs olunması barədə qərar çıxarılıb.

Kanal32.info “Report”a istinadən xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə ona 10 sutka həbs verilib.

Qərarda göstərilib ki, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib.

Onun hərəkəti yaxınlıqdakı insanların narahatlığına səbəb olub.Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsi 18-ci bölməsinin əməkdaşları onu saxlayıblar.

Qeyd edək ki, Kamil Zeynallı fitnes məşqçisi kimi tanınır.

DİGƏR XƏBƏRLƏR