Çərşənbə tonqalı güclü yanğına səbəb oldu-FOTO

166

Kanal32.info xəbər verir ki,Mingəçevir şəhərində çərşənbə tonqalı gücül yanğına səbəb olub.

Hadisə şəhərin H.Əliyev prospektində yerləşən 511 evlik Köçkün qəsəbəsinin ərazisində baş verib.Belə ki,saat 19:20 radələrində şəhərciyin yaxınlığındakı qamışlıq əraziyə bayram tonqalından alov düşüb.Yanğın bir göz qırpımında geniş əraziyə yayılıb və şəhərcikdə kiçik obyektlərə təhlükə yaradıb.Alovun hündürlüyü 20 metrdən yuxarı qalxıb.Yanğın o qədər gücül olub ki,bir neçə kilometr uzaqlıqdan aydın şəkildə görünüb.

Əraziyə FHN-nin Mingəçevirdəki Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını gəlib və alova müdaxilə ediblər.Yanğın olan əraziyə yaxınlaşmaq çətinlik yaratsa da,mühafizə briqadası 19:45 radələrinə alovu ram edə bilib.

İlkin məlumata görə hadisə nəticəsində xəsarət alan olmayıb.

DİGƏR XƏBƏRLƏR