Ermənistanın işğal siyasəti gündəmə gələcək

133

“Azərbaycan aləmi”Mədəniyyət Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyəşədirdiyi “Ermənistanın Azərbaycana qarşı apardığı işğalıçılıq siyasəti və münaqişə nəticəsində meydana gələn regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsinin icrasına başlayıb.

   İctimai birliyin sədri Şəhla Yusifovanın Kanal32.info-ya verdiyi məlumata görə,layihə çərçivəsində Ermənistanın işğalçılıq siyasətinin regionda yaratdığı problemlər və bu ölkənin regionun  sabitliyi üçün böyük təhlükə olması araşdırılacaq.Eyni zamanda Türkiyədə alimlərin,tarixçilərin,beynəlxalq qrumlarının rəhbərlərinin,gənc distertant və doktorantların iştirakı ilə dəyirmi masalar keçiriləcək.

  Təşkilat sədri həmçinin qeyd edib ki,bu məsələni Türkiyə gündəminə gətirməkdə əsas məqsəd Ermənistanın regionun təhlükəsizliyi və sabitliyi üçün nə qədər ciddi təhlükə olduğunu tutarlı faktlarla çoxmillətli qardaş ölkə ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Kanal32.info

DİGƏR XƏBƏRLƏR