Qurban bayramının vaxtı açıqlandı

75

Azərbaycanda Qurban bayramı avqustun 12-si və 13-də qeyd ediləcək.

Kanal32.info-nun məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib. O, Dini təqvimə əsasən, Qurban bayramının hər zaman Zilhiccə ayının 10-u qeyd olunduğunu xatırladıb: “Bir çox ölkələrdə Qurban bayramı 3 gün qeyd olunur. Məkkədə Həcc ziyarətində olanlar da bayramı 3 gün qeyd edirlər, yəni qurbanı 3 gün ərzində kəsmək olar”.

Sədr müavini avqustun 1-dən 6-a qədər Həcc ziyarəti ilə bağlı müraciətlərin davam edəcəyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR