Məcburi köçkün qəsəbəsində güclü yanğın olub

130

Gecə saatlarında Mingəçevir şəhərinin Az.DRES yaşayış massivindəki 3 nömrəli köçkün qəsəbəsində həyəcanlı anlar yaşanıb.

Kanal32.info xəbər verir ki,məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli evlərdən ibarət qəsəbədə  gecə saatlarında yanğın hadisəi baş verib.Belə ki,İlyas Misirovun yaşadığı mənzildən başlayan alov qısa zamanda qonşu otaqlara da keçib. Alovun qarşısını almaq mümkün olmadığından hadisə yerinə FHN-nin Yanğından Mühafizə Hissəsinin iki brıqadası  çağırılıb.Yanğınsöndürənlər çətinliklə olsa da güclü alovu ram edə biliblər.

Nəticədə ümumi sahəsi 24 m² olan 1 otağın yanar konstruksiyaları və ümumi sahəsi 24 m² olan digər 1 otağın yanar konstruksiyaları 16 m² sahədə yanıb.Otağın qalan hissəsi və digər qonşu evlər yanğından mühafizə olunub.

Yanğın zamanı bir neçə nəfər tüstüdən zərər çəkib.Ərtaziyə gələn Təcili Tibb Yardım briqadası onlara  ilkin yardım göstərib.

Zərəçəkən ailənin bildirdiyinə görə,yanğın zamanı onlara məxsus qızıl-zinət əşyaları,10 min manata yaxın nəğd pulun yanaraq kül olub.

FHN-nin müvafiq komissiyası yanğının baş vermə səbəbləri araşdırır.

DİGƏR XƏBƏRLƏR