Məcburi köçkün ailəsi hücuma məruz qaldı-FOTO

179

İyunun 23-ü səhər saatlarında Mingəçevir şəhərinin keçmiş “Turbaza” adlanan ərazisində məskunlaşan Kəlbəcər rayonunun Zar kəndindən olan 1980-ci il təvəllüdlü Məmişov Niyaməddin Müseyib oğlu və onun həyat yoldaşı Məmişova Aynur İsax qızı 6 nəfərdən ibarət naməlum şəxsin hücumuna məruz qalıb.

Hücuma məruz qalan Niyaməddinin qardaşı oğlu Məmişov Nicatın Kanal32.info-ya verdiyi məlumat görə,əmsinin həyat yoldaşı Aynurə azyaşlı övladları ilə birgə şəxsi təsərrüfatında olan bir neçə heyvanı sualmağa aparıb.Onlar Mingəçevir Su anbarının “üçüncü buxta”deyilən ərazisini keçən zaman orada istirahət edən şəxslər onlara söz atıb və təhqir dolu ifadələr səsləndiriblər.Səs-küyə olay yerinə Aynurə Məmişovanın həyat yoldaşı Niyaməddin gəlib və həmin şəxslər’ davranışlarının yolverilməz olduğunu bildirib.Bu zaman özünün polis kimi təqdim edən şəxs yanındakı dostları ilə birgə yerdəki daşları götürərək ona da hücum ediblər və ağır bədən xəsratələri yetiriblər.

Nəticədə Məmişov Niyaməddin kürək və qabırğa nayihələrindən xəsarətlər alıb.Nicat Məmişov onu da biliririb ki,6 nəfərdən ibarət qoçu dəstəsi əslində “hallı” və sərxoş olub.Hələ ki hücum edən şəxslərdən yalnız birinin adını müəyyən etmək mümkün olub.Deyilənə görə,onun adının Xəyaldır.

Yaşanan hadisə ilə bağlı artıq Mingəçevir şəhər Polis şöbəsinə rəsmi şəkildə müraciət olunub.

Baş vermiş hadisə ilə bağlı növbəti xoşagəlməz hal isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yaşanıb.Belə ki,müxtəlif bədən xəsarətləri alan Məmişov Niyaməddin taksi ilə xəstəxananın Acil şöbəsinə çatdırlıb.Ancaq bu zaman məlum olub ki,travmatik xəsratələr alan xəstəni rentgenə salmaq üçün həkim yoxdur.

Onu da qeyd edək ki,hücuma mərzu qalan ailənin yaxınları üzləşdikləri qanunsuzluqlarla bağlı ölkə başçsısı Cənab İlham Əliyevdən və Daxili İşlər naziri general Vilayət Eyvazovadan kömək istəyirlər.

Kanal32.info

DİGƏR XƏBƏRLƏR