Ərdoğanın Osaka uğuru: Trampdan geriyə addım…

53

Türkiyənin güvənliyi üçün S-400 məsələsində qəti mövqe nümayiş etdirilməsini düzgün addım olaraq görürük.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Səadət Partiyasının lideri Təməl Karamollaoğlu çıxış edib.

Karamollaoğlu S-400 sistemlərinin Türkiyənin müdafiə imkanlarını bütünlüklə dəyişdirən bir sistem olduğunu söyləyib:

“S-400 yalnız S-400 məsələsi deyil, Türkiyənin təhlükəsizliyi daha geniş miqyasda müzakirə olunmalıdır. Eyni zamanda, Yaxın Şərqdə yeni formalaşma cəhdləri var. “Yüz ilin müqaviləsi” kimi fikirlər ortaya atılır. Daha sonra Suriya məsələsini həll etmək üçün ABŞ, Rusiya və İsrail bir araya gəlir. Biz G20-nin üzvü olaraq, Qərb ilə müzakirələrə əhəmiyyət veririk. Amma bizim regionumuzun şərtlərini nəzərə alaraq, burada xəritənin dəyişdirilməsi, yenidən çəkilməsi məsələsində hər kəs üzərinə düşən addımları atmalıdır, mütləq tədbirlər görülməlidir”.

Qeyd edək ki, Osakada keçirilən G20 zirvəsində amerikalı həmkarı Donald Trampla görüşən Ərdoğan bu sözləri bəyan etmişdi: “S-400 məsələsi bitdi, Tramp sanksiya tətbiqinin gündəmdə olmadığını bildirdi”.

DİGƏR XƏBƏRLƏR