Ərdoğan Vaşinqtonu razılığa gəlməyə məcbur etdi-ŞƏRH

42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı, necə deyərlər, dalana dirəyib. Amerikalılar Türkiyə lideri ilə razılığa gəlməyə məcburdurlar. Bu, onlar üçün dəhşətli bir şeydir.
Kanal32.info bildirir ki,bunu Oxu.Az-a “PolitRUS” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov Osakada G20 sammitinin yekunlarını şərh edərkən deyib.
Xatırladaq ki, Osakadakı sammitdə ABŞ Prezidenti Donald Tramp Türkiyəni NATO-nun mövqelərinin möhkəmləndirilməsi naminə Vaşinqtonla hərbi əməkdaşlığı gücləndirməyə çağırıb, Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərini almaq planları barədə növbəti dəfə narahatlığını ifadə edib.
Ekspert istisna etmir ki, ABŞ vaxt keçdikcə Türkiyəyə uduzduqlarını qaytaracaq:
“Dünya artıq heç vaxt əvvəlki kimi olmayacaq. Obamanın prezidentlik dövrü ABŞ-ın dünya hegemonluğunun dibi hesab edilirdi. Tramp gəldi və yenidən qalxdılar”.
Onun fikrincə, ABŞ xarici siyasətdə qamçını pryaniklə əvəzləyib, çünki qamçıdan qorxanlar artıq azdır:
“Ankara Vaşinqtonla açıq şəkildə mübahisə edir və sonuncu Türkiyənin “böyük qardaşı” Vaşinqtonun həmişə imtiyazında olan sahələrdə sərbəstliyi ilə razılaşmağa məcburdur. Ərdoğanın həm Türkiyə, həm də dünya tarixinə çox böyük siyasətçi kimi düşəcəyi dəqiqdir”.
V.Arkov, həmçinin D.Trampın bu yaxınlarda Şimali Koreyaya səfərini və İrana qarşı sanksiyaları gücləndirmək çağırışlarını şərh edib. Bəzi ekspertlər D.Trampın bu addımlarını növbəti prezident seçkiləri ərəfəsində amerikalı seçicilərin etimadını qazanmaq arzusu ilə izah edir.
Onun sözlərinə görə, İranla müharibə D.Trampa siyasi baxımdan üstünlüklər verməyəcək:
“O, ümumilikdə ABŞ vətəndaşlarına da üstünlüklər qazandırmayacaq. Bəli, Pentaqonla imzalanmış müqavilələrlə əlaqədar olaraq, klanlar müxtəlif yollarla Trampa təzyiq göstərir. Respublikaçıların keçmiş tərəfdaşları – Səudiyyə monarxiyası və İsrail lobbisi – ona daha çox təzyiq göstərir. Onların öz məqsədlərinə çatmaları üçün məhz İranla müharibə lazımdır.
Trampın vurnuxmasına baxsaq görərik ki, o, bu hərbi avantüranın həm öz (ailəsi) siyasi gələcəyi və ümumilikdə ABŞ üçün məhvedici xüsusiyyətiyini dərk edir. Lakin öhdəliklərlə əli-qolu bağlıdır. Həmin öhdəliklərin icrası Ağ Ev tərəfdən cəfəng addımlaradək gedib çıxır. Bunu Trampın prezidentliyinin başlanğıcında Tehranla nüvə sazişindən birtərəfli qaydada çıxması ilə gördük. Bununla da o, daha əvvəl bu sazişə nail olmaq üçün böyük səylər göstərən avropalı tərəfdaşlarını olduqca çətin vəziyyətə qoydu”.
Ona görə də Ağ Evin “İran həngaməsi”ni 2020-ci ilin noyabrınadək davam etdirmə ehtimalı çox yüksəkdir: Tehranı yumruqla hədələyəcəklər, növbəti sanksiyalar tətbiq edəcəklər, onun sərhədləri yaxınlığında təxribat törədəcəklər, lakin “rubiko”nu keçməyəcəklər”.
V.Arkov hesab edir ki, Şimali Koreyaya münasibətdə isə əksinə, maksimum loyallığın işə salınması gözləniləndir:
“Koreyanın gələcəkdə birləşməsi Tramp üçün zəfər sayıla bilər. Hətta iki Koreya birləşməsə, ABŞ Prezidentinin Şimali Koreya ərazisində addımları və Kim Çen Inın Vaşinqtona səfəri Nobel Sülh mükafatına layiqdir. Bu, həm də Çinin yumşaq yerinə növbəti ağrılı iynə batırmaq deməkdir”.
DİGƏR XƏBƏRLƏR