İnqilab Şirinbəyli yazır:”Təhlükə bir addımlığımızdadır…”

191

Qaraçı uşaqlarının gələcəyi cəmiyyətimiz üçün nə vəd edir?

   Onlara ölkəmizin istənilən bölgəsində demək olar ki, hər gün rast gəlirik.Söhbət Türkiyədə çingənə,Rusiyada sıqan,Azərbaycanda isə qaraçı kimi tanınan etnik xalqdan gedir.Bu gün bütün dünyada onları ümumiləşdirən bir cəhət var – dilənçilik…Çünki qaraçılar deyiləndə ilk növbədə dilənçilik yada düşür.Digər dilənçilərlə müqayisədə onların bir fərqi xüsusi diqqət çəkir. Dilənçilərin əksəriyyəti qadınlardı.

Maraqlıdır ki,bir çox hallrda qaraçı adını üzərlərinə götürməyən və özlərini “əcəmi kürdü”adlandıran bu etnik xalqın kişiləri özləri fiziki əməkdən və dilənməkdən belə çəkinib qadınları və uşaqları önə verirlər.”Təmas”İctimai Birliyinin 2015-ci ildə apardığı monitorinqlər zamanı məlum olub ki, Yevlax,Mingəçevir,Ağdaş,Bərdə və Gəncədə  dilənçilik edən azyaşlı uşaqların təxminən 80-90 faizi məhz qaraçılardır.Adıçəkilən təşkilatın araşdırmaları zamanı bir sıra diqqətçəkən və maraqlı məqamlar ortaya çıxıb.Məlum olub ki,roman tayfalarından olan qaraçıların məktəbyaşlı uşaqlarının 90-95 faizi demək olar məktəbə getmir.Və ya yaxud təhsillərini elə ibtidai sinifdəcə yarımçıq saxlayıblar.

Qaraçı uşaqları məktəbəqədər tərbiyə müsəsisələrinə(uşaq bağçalarına)isə ümumiyyətlə getmirlər.Böyük əksəriyyətinin doğum şəhadətnamələri belə yoxdu.Hətta,valideyinlər də uşaqlarına sənədlərin alınması üçün elə maraq göstərmirlər.Özlərinəməxsus “marşurt”ları və “iş plan”ları olan qaraçı ailələri uşaqlarını təlimatlandırır.Onlar əsasən insanların intensiv hərəkətdə olduğu yerlədrə,Şəhidlər xiyabanlarına, xüsusən cümə günləri qəbirstanlıq və məscidlərin kənarlarınada yerlərini tutaraq gəlib-gedən insanlara qırsaqqız kimi yapışırlar. Tibbi müayindən keçməyən bu uşaqların çoxu müxtəlif infeksion xəstəliklərin daşıyıcısı kimi hər gün digər insanlarla təmasda olurlar.Təhsildən yayınan,yarıac,yarıtox və səfil həyat tərzi keçirən bu uşaqlar artıq gələcəyin potensial cinayətkarı və insan alveri qurbanıdır.Onu da vurğulamaq yerinə düşər ki,qaraçılar yalnız dilənçiliklə məşğul olmurlar, onlar arasında oğurluq edənlər,zorlanmaya məruz qalanlar və fahişə kimi işləyənlərin də sayı az deyil.O cümlədən 9-12 yaşlarında ərə verilmələr getdikcə geniş vüsət alır.

Bir sözlə,görünən dağa bələdçi lazım deyil.Təhlükə bir addımlığımızdadır…Deməli,yerlərdəki aidiyyatı qurumlar hərəkətə keçməli və gələcəyimiz üçün hər an ciddi problemə çevriləcək bu mənfi tendensiyanın qarşının alınması üçün müvafiq addımlar atmalıdır.Konkret desək,mövcud problemin həlli istiqamətində aidiyyatı nazirliklər,hüquq-mühafizə orqanları,media qurumları və ictimai təşkilatlar bir araya gələrək qarşılıqlı əməkdaşlıqda maraqlı olmalıdır.

Müəllif: İnqilab Şirinbəyli

“Kanal32” İnformasiya Agentliyinin rəhbəri,AJB-nin üzvü

DİGƏR XƏBƏRLƏR